İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir - YENİLƏNİB

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir - YENİLƏNİBOktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Dövlət başçısı tədbirdə çıxış edib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.
***
12:37
Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilir.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Tədbirə həmçinin Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas qatılıblar.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.
IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağın" Bolqarıstana nəqlini nəzərdə tutur. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.

Xəbərlər     Tarix: 01 oktyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti