İlon Maska görə "Twitter" yenidən proqramlaşdırılıb
Fevralın ortalarından etibarən "Twitter" sosial şəbəkəsinin proqramçıları şirkətin rəhbəri İlon Maskın hesabından atılan tvitlərin daha yüksək reytinqə malik olması və platformanın bütün istifadəçilərinə aktiv şəkildə nümayişi üçün xidmətin kodunu yenidən yazıblar.
Bu barədə "Platformer" nəşri vəziyyətlə və şirkətin daxili sənədləri ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, fevralın 13-nə keçən gecə Maskın əmisi oğlu Ceyms proqramçılara yazaraq "Twitter"in baş direktorunun tivtinin niyə görə ABŞ Prezidenti Cozef Baydenin postundan daha az baxış topladığını izah etməyi istəyib.
"Fevralın 13-ü səhər saatlarında Maskın proqramçılarla görüşünün nəticələri bütün dünyada əks-səda doğurub. Çünki "Twitter" istifadəçiləri proqramı açdıqda artıq Maskın postlarının onların lentlərini doldurduğunu görüb. Bu, təsadüfi deyildi", – mənbələrdən biri bildirib.
Mənbələr qeyd ediblər ki, "Twitter"in mühəndis komandasının qalan hissəsi Maskın hesabında bəyənmə və baxış problemi həll olunmayacağı təqdirdə işdən çıxarılmaqla hədələnib. / banker.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb