IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib
Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar.
Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi üzrə qərar qəbul etmə mexanizmləri, eləcə də strategiyaların icrası və monitorinqi üzrə mövcud yanaşmalar nəzərdən keçirilib.
Aparılan təhlillər və beynəlxalq təcrübə ilə müqayisəli müzakirələr əsasında qeyd olunan istiqamətlər üzrə təkmilləşdirmə imkanları müəyyənləşdirilib və müvafiq tövsiyələr təqdim edilib.
Missiyanın yekununda AMB-nin sədr müavinləri Gülər Paşayeva və Əli Əhmədovun, eləcə də bir sıra struktur bölmələrin direktorlarının iştirakı ilə IMF nümayəndə heyəti ilə görüş keçirilib. / banker.az

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
"TikTok"la "Instagram"a girişdə problem yarandı
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
Bitcoin nədir?
Startup nədir və necə olur?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?