"İndi nəzərdə tutulan 17,5 faizlik artım kifayət deyil" - "ƏDV geri al" layihəsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5 faizinin geri qaytarılması nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 10 faizdən 17,5 faizə qaldırılır. Eyni zamanda nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10 faizdən 5 faizə endirilir. Bəs görəsən bu dəyişikliklər nə dərəcədə effektiv olacaq?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ƏDV-nin "geri al" kampaniyasının əsas məqsədi nağdsız ödənişləri stimmullaşdırmaqdan ibarətdir: "Rəsmi şəxslərin və nazirliyin açıqlamalarında bu, öz əksini tapıb. Ona görə də, nağd ödənişlərdə ƏDV-ni geri qaytarmaq ümumiyyətlə məntiqsiz idi və doğru yanaşma deyildi. Nağdsız ödənişləri stimmullaşdırmaq üçün ƏDV-nin "geri al" hissəsi xeyli artırılmalıdır. İndi nəzərdə tutulan 17,5 faizlik artım da kifayət deyil. Bununla bağlı çıxışlarımızda dəfələrlə qeyd etmişik ki, nağdsız ödənişlərdə ƏDV-nin geri qaytarılması ən azı 25 faiz olmalıdır. Nağd ödənişlərdə isə ƏDV-nin geri qaytarılması ümumiyyətlə ləğv edilməlidir. Çünki bu sistemin məntiqi məhz nağdsız ödənişləri stimmullaşdırmaq və ölkədəki vergidənyayınma, dövriyyəni gizlətmə hallarının qarşısını almaqdır. Daha məntiqli və normal təklif ondan ibarətdir ki, nağd ödənişlərdə ƏDV-ni geri qaytarmaq ləğv edilsin, nağdsız ödənişlərdə isə minimum 25 faziə çatdırılsın. Bu, vətəndaşların kartdan istifadə etməsinə kifayət qədər ciddi stimul yaradacaq. Həmçinin davranış qaydalarına da təsir göstərəcək. Bizdə hələ də maaş və təqaüdlər verilərkən bankomatların qarşısında uzun növbələr yarandığını görmək mümkündür. Bunun qarşısını almağın yollarından biri də insanları kartla alış-veriş etməyə alışdırmaqdan keçir. ƏDV-nin geri qaytarılması nağdsız ödənişlərdə 25 faiz təşkil etsə, bu, kifayət qədər ciddi rəqəm hesab ediləcək və insanlarda maraq yaradacaq".
İqtisadçı əlavə edib ki, dünyada bu cür yanaşmalar nadir hallarda olur: "Bu sistem 2000-ci ilin ortalarında Gürcüstanda tətbiq olundu. Çünki orada da qara iqtisadiyyat məsələsi çox güclü idi. Saakaşvili hakimiyyətə gəldikdən sonra bunu stimmullaşdırmaq üçün həm ƏDV-nin geri qaytarılması, həm də kassa çeklərinin lotareya biletinə çevrilməsi sistemini tətbiq etdi. Bu isə cəmiyyətdə davranış qaydalarının dəyişməsinə səbəb oldu. Amma başqa ölkələrdə belə bir örnəyin olduğunu düşünmürəm. Çünki orada fərqli yanaşmalar ortaya qoyulur. Bizdə isə məqsəd nağdsız ödənişləri stimmullaşdırmaqdır. Bunun üçün isə ƏDV-nin "geri al" kampaniyasını hətta 30 faizə qədər yüksəltmək olar. Belə olan halda vətəndaşlarda nağdsız ödənişlərdən istifadəyə çox böyük stimmul yaranacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az    

Xəbərlər     Tarix: 03 noyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler biznes ideyalari rubl mezenne biznes xeberleri valyuta kurslari