İntim videoya görə əmisi oğlunu öldürdü - Hadisə anının görüntüləri - VİDEO

İntim videoya görə əmisi oğlunu öldürdü - Hadisə anının görüntüləri - VİDEOQısa arayış...
2019-cu ilin mart ayında Bakının Yasamal rayonu M. Xiyabani küçəsində, gözəllik salonunun qarşısında bıçaqlanma hadisəsi baş verir. Nəticədə zərərçəkmiş Emin Babaverdiyev ağır yaralanaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilir. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur.
Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Laçın rayon sakini 1997-ci il təvəllüdlü Kamil Səttarlı saxlanılır.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
azxeber.com lent.az-a istinadən sözügedən cinayət hadisəsinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Kamil Səttarlı qohumu Emin Babaverdiyevin şəxsiyyəti istintaqa məlum olmayan qızla qeyri-təbii şəkildə seksual xarakterli hərəkətlər etməsi ilə bağlı videogörüntüsünün olmasını bilib, ona bununla bağlı iradını bildirib. Buna görə, Emin fevral ayından etibarən Kamilin telefonuna mesaj göndərərək, onu və ailəsini söyüb. Qisas məqsədi ilə martın 1-i saat 14 radələrində Xiyabani küçəsində, gözəllik salonunun qarşısında Səttarlı bıçaqla Babaverdiyevin bədənin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirməklə, Emini öldürüb.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Səttarlı bildirib ki, 2019-cu il fevralın əvvəllərində əmisi oğlu Emin Babaverdiyevin Yeni Yasamalda yerləşən "Playstation" klubunda, kabinetlərin birində naməlum qızla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri orda işləyən Kənan adlı şəxsdən əldə edib:
"Həmin videonu izləyərkən Eminin bir qızla cinsi əlaqədə olduğunun gördüm və qohum kimi utandım. Bu barədə özündən soruşanda Emin söyüşlə cavab verərək, elə şey olmadığını dedi. Bunu sübut etmək üçün videogörüntülərin şəklini çəkib İnstagramda Eminə göndərdim. O, həmin şəkilləri görəndə belə hadisənin olduğunu etiraf etdi və qızla intim əlaqədə olarkən özündə olmadığını söylədi. Bir neçə gündən sonra Emin mənə ismarışlar yazaraq, ana və bacı söyüşləri söydü. Əmim oğlunun söyüşləri niyə mənə yazdığını anlamadım. Cavab olaraq Eminə, onu vuracağımı bildirdim. Buna baxmayaraq, dəfələrlə mənə eyni məzmunlu, təhqiramiz mesajlar göndərdiyindən Emini axtarmağa başladım. Qarşıma çıxdığı anda bıçaqla Emini vurub, cavabını qaytarmağı düşündüm. Evdən götürdüyüm bıçağı bu məqsədlə üzərimdə gəzdirirdim. Axırıncı dəfə Emin fevralın 22-də ismarış yazaraq ailə üzvlərimi təhqir etmişdi. Martın 1-i günorta yaşadığım ərazidə, bərbərxananın qarşısından keçəndə Eminin orda saçını kəsdirdiyini gördüm. 45 dəqiqə onun bərbərxanadan çıxmasını gözlədim. Saat 13:40-da Emin ordan çıxdı. Gözəllik salonunun qarşısından keçərkən arxadan yaxınlaşıb sol əlimlə onu özümə tərəf çəkdim. Sağ əlimdəki bıçaqla isə döş qəfəsinə 3 zərbə endirdim. Zərbələrdən ikisinin Eminə dəydiyini hiss etdim. Gözlərinə baxa-baxa onu söydüm və dərhal ordan qaçdım. Bıçağı gödəkcəmin cibinə qoyub yaşadığım evə getdim. Kəsici alətin üzərindəki qanı su ilə yudum. Həyəcanlı olduğumdan bıçağı pəncərədən binanın həyətinə tulladım. Ata-anama Emini bıçaqla vurduğumu dedim və evdən 5 manat pul götürüb küçəyə çıxdım. Ailə üzvlərim təslim olmağımı məsləhət görsə də, onlara başqa yerə gedəcəyimi söylədim. Taksi ilə Xırdalan şəhərinə gedərək, uzaq qohumlarımın evində bir müddət gizlənmək istədim. Lakin yolda olarkən 29-cu Polis Şöbəsinin əməkdaşı zəng edib, harada olduğumu soruşdu və mənə Emin Babaverdiyevin öldüyünü bildirdi. Artıq gizlənməyin mənasız olduğunu anladım. Məhəlləyə çatanda polis əməkdaşları tərəfindən saxlanıldım. Həyətə tulladığım bıçağı tapıb onlara təqdim etdim".
Zərərçəkmiş şəxsin hüquqi varisi Ələsgər Babaverdiyev ifadəsində göstərib ki, martın 1-i saat 12-də oğlu Emin bərbərxanaya gedib:
"Təxminən saat 15 radələrində digər oğlum Sinan mənə zəng edib Eminin bıçaqlandığını və hazırda Respublika Klinik Xəstəxanasında olduqlarını bildirdi. Qonşuluqda yaşayan Rauf adlı qardaşım oğlu məni xəstəxanaya apardı. Oğlumun Kamil Səttarlı tərəfindən qətlə yetirildiyini öyrəndim".
Məhkəmə prosesində Kamil Səttarlı ittiham üzrə özünü təqsirli bilib. Amma qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Sətdarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xəbərlər     Tarix: 03 sentyabr 2022

Oxşar xəbərlər

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar


iqtisadi xeberler biznes krediti bitcoin qiymeti online pul qazanmaq dollar məzənnəsi