iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr"Counterpoint Research" şirkətinin "China, US Q3 2025 Weekly Smartphone Sell-Out Tracker" hesabatına əsasən, iPhone 17 seriyası satışa çıxdığı ilk 10 gün ərzində Apple-ın əsas bazarları olan ABŞ və Çində iPhone 16 seriyasını 14% geridə qoyub. Bu iki ölkə, qlobal iPhone satışlarının böyük hissəsini təşkil edir.
Marja xəbər verir ki, 4 iPhone modelindən (Base, Air, Plus, Pro/ProMax) baza versiyası olan iPhone 17, xüsusilə Çin bazarında güclü nəticə göstərib. Çinli istehlakçılar modelin yüksək qiymət-performans balansına müsbət reaksiya veriblər.
Counterpoint-in baş analitiki Menmenq Çjanq bildirib:
"Baza iPhone 17 modeli istehlakçılar üçün olduqca cəlbedicidir və qiymətinə görə əla seçimdir. Daha güclü çip, təkmilləşdirilmiş ekran, daha yüksək əsas yaddaş, ön kamera yeniləməsi – bütün bunlar ötən ilin iPhone 16 modeli ilə eyni qiymətə təklif olunur. Üstəlik, endirimlər və kuponlar əlavə edildikdə, bu cihazı almaq tərəddüd doğurmur. Model çox yüksək dəyər təqdim edir və çinli alıcılar Apple-ı bunun üçün "mükafatlandırırlar"."
ABŞ bazarında isə iPhone 17 Pro Max modelinə güclü tələb var. Ölkənin üç əsas mobil operatoru maksimum subsidiyaları 10% (100 dollar) artırıb.
Baş analitik Morris Klen bu barədə qeyd edib:
"ABŞ-da operatorlar, 24 və ya 36 aylıq maliyyələşdirmə müqavilələri vasitəsilə yüksək aylıq xidmət gəliri əldə etmək üçün cihaz subsidiyalarını artırıblar. Bu Pro Max modellərini daha geniş auditoriyaya əlçatan edib, premiumlaşma meylini gücləndirib".
Yalnız eSIM-lə işləyən iPhone Air modeli də iPhone 16 Plus ilə müqayisədə bir qədər daha yaxşı performans göstərib. Modelin Çində satışa çıxıb-çıxmayacağı ilə bağlı suallar isə 17 oktyabrda ilkin sifarişlərin başlanacağı barədə rəsmi açıqlama ilə aradan qaldırılıb.

Baş analitik İvan Lam bildirib:
"Bu, həm Apple, həm də eSIM texnologiyası üçün mühüm mərhələdir. Lakin ilkin sifariş müddətinin qısa olması və modelin yüksək qiyməti – xüsusən də xüsusiyyət baxımından zəngin əsas iPhone 17 ilə müqayisədə – Air modelinin ilk mərhələdə nisbətən niş məhsul olaraq qalacağı ehtimalını artırır."

Maraqlı     Tarix: 22 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi valyuta mezennesi kicik biznes