"iPhone" və "Apple"dan istifadə təhlükəlidir – Xəbərdarlıq
ABŞ Daxili Təhlükəsizlik Departamentinin Kibertəhlükəsizlik Agentliyi "iPhone" və digər "Apple" cihazlarından istifadənin təhlükəsi barədə xəbərdarlıq edib.
Departamentin yaydığı məlumata görə, qurğular təhlükəli məhsullar siyahısına salınıb.
Belə ki, yeniləmələri yükləmədən və quraşdırmadan qadcetlər hakerlər tərəfindən "sındırıla" bilər. Təhlükəni "Apple" şirkəti də rəsmən təsdiqləyib.
Şirkətdən bildirilib ki, "iPhone", "iPad" və "Mac" kompüterlərində Safari brauzerlərində kritik təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün mühüm yeniləmələr buraxılıb. Söhbət iOS 16.3.1, iPadOS 16.3.1 və macOS Ventura 13.2.1 kimi əməliyyat sisteminin versiyalarından gedir. "Apple" həmçinin Safari 16.3.1-i macOS Big Sur və macOS Monterey də daxil olmaqla, köhnə kompüter əməliyyat sistemləri üçün yenilənmələr təqdim edib.
ABŞ səlahiyyətliləri xəbərdarlıq ediblər ki, yeniləmə olmadan təcavüzkarlar boşluqdan istifadə edə bilərlər ki, bu da qorunmayan istifadəçi məlumatlarının oğurlanmasına imkan verəcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?