"iPhone"lara tarixin ən böyük yenilənməsi gəlir – SİYAHI

"Apple" tarixinin ən böyük yenilənməsinə hazırlaşır. Artıq "iOS"un yeni versiyasının bəzi xüsusiyyətləri ictimaiyyətə bəlli olub.
Yeni eraya başlanğıc olacaq funksiyalara "Siri"nin daha güclü süni intellekt yeniləməsi əlavə olunub. Belə ki, "Siri" qeydlərdəki riyazi ifadələri qrafiklərə çevirə, qrammatik səhvləri düzəldə biləcək. Bundan başqa səsli qeydləri yazıya çevirə, uzun mesajları və bildirişləri səsli şəkildə xülasə edə, telefondakı hər hansı bir sənədi xülasə edərək "Qeydlər"ə yaza, bir veb saytın xülasəsini çıxara biləcək. "Siri" həmçinin emosional cavablar da verəcək: "bəli", "xeyr" kimi sözlərə daha ətraflı reaksiyalarını əlavə edəcək.
Fotolar – şəkillərdə istəmədiyiniz obyektləri bir toxunuşla silmək olacaq. Qalereyadakı bir neçə şəkli bir şəkildə toplamaq funksiyası əlavə ediləcək. Beləliklə, şəkillər qalereyada çox yer tutmayacaq. Bunun üçün şəkilləri seçdikdən sonra aşağıda çıxan çoxtəbəqəli seçimə toxunmağınız kifayət edəcək.
"Dinamik Ada" – dinlədiyiniz musiqiləri, sizi axtaran şəxsləri və telefonun enerji məlumatlarını ətraflı görə biləcəksiniz. "FaceID" istifadəsi mümkün olacaq. "Dinamik Ada" həmçinin artıq media və fayl daşıma vəzifəsi görür; sənəd işarələyib, məsələn, mesajlar hissəsindən həmin faylı göndərmək istədiyiniz şəxsə göndərə bilərsiniz.
Ekran – əsas ekranı "Android" cihazlarda olduğu kimi bölmək mümkün olacaq.
Tətbiqlər – tez-tez istifadə etdiyiniz tətbiqləri sağa sola sürüşdürərək dəyişdirə biləcəksiniz.
"AirPods" rejimlərini "Tənzimləmələr" bölməsindən deyil, səsartırma hissəsindən dəyişdirmək mümkün olacaq. / banker.az

Xəbərlər     Tarix: 09 iyun 2024

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler 1000 manatla biznes bu gunun xeberleri dollar manat kursu valyuta mezennesi