İqtisadi oyunların AXİRƏT GÜNÜ planı: "135 ölkə süqut edəcək" - ÖZƏL ARAŞDIRMA

İqtisadi oyunların AXİRƏT GÜNÜ planı: Qərbin valyuta fondları, iqtisadi təsisatları bildirir ki, dünya iqtisadiyyatı 2,9 faizə qədər kiçiləcək. Amma məqsəd 3,2 faizi keçmək idi.
KONKRET.az xəbər verir ki, dünya iqtisadiyyatındakı durğunluq İlon Maskın da paylaşımlarında qeyd olunub. Həmçinin "The Economist" jurnalı da hər nömrədə böhran təhlükələrinə yazı həsr edir. Belə deyək, planlaşdırılan krizis insanların şüuruna bəri başdan yeridilir.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Georgiyeva bildirib ki, gələn il dünya iqtisadiyyatına yatırılan 4 trilyon ABŞ dollarının qeybə çəkilməsi də müşahidə olunacaq.
Onun açıqlamasını şərh edən iqtisadçılar bu məbləğdə pulun qeyb olmasına yox, kimlərinsə cibinə gedəcəyinə inanır. Dünya gücləri iqtisadi tənəzzül ilə inkişaf etməkdə olan xırda dövlətlərin domino daşı kimi bir-bir çökdürülməsinə nail olmaq istəyirlər. Pandemiya da dünyanı bataqlığa daha tez sürükləmək üçün olub. Bu bataqlığın digər sahili isə xaosdur. Bəli, koronavirus hələ Çinin Xubey əyalətində yarasalarla uçuşanda epidemiya və pandemiyaya çevrilən virusu yaradanların planı belə təsvir olunurdu:
– pandemiya
– iqtisadi böhran, ərzaq çatışmazlığı
– xaos
Alman jurnallarından birində yayılan xəbərdə dəhşətli faktlar yer alıb. Belə ki, nəşrdə Afrika, Latın Amerika, Şərqi Avropa və Asiyada yerləşən 135 ölkənin xarici borclarının kritik limiti aşdığı göstərilir. Həmin dövlətlər iflas və süquta yaxındır. Bu isə dünya iqtisadiyyatı üçün fəlakətdir.
Xatırladaq ki, hələ mart ayında Dünya Bankı bir təhlil yaymış və həyəcan təbili çalırdı ki, "borc böhranı ilə bağlı dünyaya xəbərdarlıq edirik". Halbuki, borclanmanı elə Dünya Bankı kimi beynəlxalq maliyyə təşkilatları yaradıb. Məqsəd isə daha qorxuncdur:
• iqtisadi çöküş, devalvasiya yaşanan ölkələrin etiraz aksiyalarına bürünməsi
• kütləvi insan qırğının yaşanması
• həmin dövlətin ya müstəmləməkə, ya da koloniya kimi ABŞ asılılığına keçməsi
Uzun illərdir ki, Afrikanın çox yeri Qərb ölkələrinin laboratoriyasına çevrilib. İnsanların önünə dilənçi payı kimi çörək və geyim atılır. Kölə kimi davranılır. Həyatı yalnız Amerika, Avropa və Avstraliyada saxlamaq istəyənlər digər qitələri qoruq, qul bazarı kimi nəzərdə tutublar. Bir qrup insanı kölə kimi işlətməyə, digər qismini isə kosmik sınaqlar üçün saxlasalar da, əksər insanlar soyqırıma məruz qalacaq. Çünki onlar İslamda qeyd olunan axirət gününün əlamətləri ilə tanış olur və Allahlıq iddiasına qalxırlar. Yəni qiyamət gününü öz istədikləri vaxta keçirtmək fikrinə düşüblər.
Azərbaycan isə belə təhdidlərdən yayınmaq üçün dünya ağalığı eşqinə düşmüş bütün ölkələrlə normal əməkdaşlıq əlaqələri qurub. Həm də strateji mövqe və tranzit əhəmiyyətimiz bizi kimlərdənsə yox, kimlərisə bizdən asılı salır.
KONKRET.az-ın Analitik Qrupu

Xəbərlər     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler dollar mezenne telefonla pul qazanmaq biznes ideyalari 1000 manatla biznes