İran kriptovalyutadan istifadə edəcəyini açıqladı
İran kriptovalyutadan istifadə edəcək.
Bu barədə İranın sənaye və ticarət nazirinin müavini, eyni zamanda Ticarətin İnkişafı Təşkilatının rəhbəri "Twitter" hesabında bildirib.
O, kriptovalyuta ilə ödəniləcək 10 milyon dollarlıq ilk rəsmi sifarişin bu həftə verildiyini açıqlayıb.
Nazir müavininin paylaşımı İranın ABŞ embarqosunu qırmaq üçün kriptovalyutaya keçməsi ilə bağlı suallar yaradıb. Həmçinin belə razılaşmaların davam edəcəyi qeyd edilib.
"Kriptovalyuta ilə ödəniləcək 10 milyon dollar dəyərində ilk rəsmi idxal sifarişi bu həftə uğurla verildi.
Sentyabrın sonuna kimi ölkələrlə xarici ticarətdə kriptovalyutaların və smart müqavilələrin istifadəsini genişləndirməyi hədəfləyirik", – deyə məlumatda vurğulanır.
Ödənişin hansı kriptovalyuta ilə həyata keçiriləcəyi və ticarətin nədən ibarət olduğu isə açıqlanmayıb.
Nazir müavininin açıqlamasından sonra bitkoin 2% ucuzlaşıb.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən varlı 10 müğənnisi
İKEA şirkətinin tarixi
Cash Back nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İnstaqramda biznes qurmağın yolları