İran niyə 'Zəngəzur dəhlizi'nin açılmasını istəmir? - CAVAB

İran niyə 'Zəngəzur dəhlizi'nin açılmasını istəmir? - CAVABEkspertlər hesab edirlər ki, Tehran Zəngəzur dəhlizinin açılmasına etiraz etməklə Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir.
Hər dəfə Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası birmənalı olmur. Hətta ayrı-ayrı rəsmilər bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. Amma bəllidir ki, dünyanın böyük gücləri bu dəhlizin açılmasını istəyir. Lakin İran tərəfi xofa düşüb və qeyri-müəyyən açıqlamalarla "hədə-qorxu" gəlir. İranın xofunun arxasında nə dayanır? Ümumiyyətlə, bu ölkə Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilərmi?
Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:
"Rusiya təhlükəsizliyə cavabdeh olmalıdır"
Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb: "Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması təsbit edilib. 10 noyabr Bəyanatı Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təmin edilməsini Ermənistanın öhdəliyi kimi nəzərdə tutur. Rusiya isə Bəyanata imza atan vasitəçi - üçüncü tərəf kimi təhlükəsizliyə cavabdeh olmalıdır".
İran niyə 'Zəngəzur dəhlizi'nin açılmasını istəmir? - CAVAB"İranın açıq etiraz etməsi..."
Ekspert hesab edir ki, İran bu proseslərdən kənardadır və rəsmi Tehranın hər hansı rolu nəzərdə tutulmayıb: "Şübhəsiz ki, bölgənin böyük dövləti, Azərbaycan və Ermənistanla sərhədi olan İran bu məsələlərlə bağlı müzakirələr apara bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə əməkdaşlığı gücləndirəcək, iqtisadi rifaha xidmət edəcək əməkdaşlıq formatı və təşəbbüslərini dəstəkləyir. Lakin İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi, Tehrandan səslənən açıqlamalar bu müstəvidən və formatdan kənara çıxır. Bu, Azərbaycan üçün qəbuledilməzdir. İran bu mövqeyi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Ermənistanın isə nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkandır. Bütün bunların fonunda İranın Zəngəzur dəhlizinin açılmasına qarşı açıq etiraz etməsi, Tehranın özünü regional iqtisadi əməkdaşlıq formatından kənarda qoyması deməkdir".
"Tehranın gerçək niyyəti aydındır"
Z.İbrahimli qeyd etdi ki, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri, Azərbaycanın qəti mövqeyi İranın regiondan təcrid olunmasına yol aça bilər: "İranın bu yanaşması Tehran-Bakı münasibətlərinə də yenidən nəzər salmağı zəruri edir. Hazırda Azərbaycan İranla birgə çox əhəmiyyətli təşəbbüsləri icra edir. Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasını, Araz çayının su resurslarından birgə istifadə edilməsini, birgə müəssisələrin yaradılmasını, Türkmənistan qazının alınması ilə bağlı İranın iştirakı ilə bağlanmış sazişi misal göstərə bilərik. İran bu mövqeyi ilə reallıqdan uzaq arqumentləri müdafiə etməyə çalışır, sanki Zəngəzur dəhlizi İranla Ermənistan arasında quru əlaqəyə mane olacaq və s. Xəritəyə göz atmaq kifayətdir ki, bunun açıq yalan olduğu aşkarlansın. Reallıqda isə İranı narahat edən başqa məsələlərdir. Zəngəzur dəhlizi açılsa, Azərbaycanın Türkiyə ilə quru əlaqəsi yaranacaq ki, bu da Ankaranın mövqeyini gücləndirəcək. Üstəlik, Azərbaycanın Naxçıvanla quru əlaqəsi məsələsində İrandan asılılıq aradan qalxacaq və Rusiya Cənub istiqamətində alternativ kommunikasiya əldə edəcək. Əslində, İranı narahat edən də bunlardır. İranın gerçək niyyəti regionda bütün oyunçular üçün aydındır. Amma Azərbaycanın qəti mövqeyi və mövcud beynəlxalq şərtlər deməyə əsas verir ki, İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməz".
Türkiyənin çəkisi artmağa başlayır"
Politoloq Samir Hümbətov bildirdi ki, Zəngəzur dəhlizinin açılmasını İran özünə qarşı siyasi, iqtisadi və təhlükəsizlik baxımından böyük təhdid hesab edir: "Siyasi baxımdan ona görə ki, Türkiyənin çəkisi artmağa başlayır. Quru sərhədlərinin formalaşması Türkiyədən başlayaraq Çinə qədər böyük bir ərazini əhatə edən türk coğrafiyası olacaq və bu da İran üçün xoşagəlməz hal hesab olunur. Çünki təkcə Azərbaycan deyil, o zaman Türkmənistan da türk coğrafiyasına daxil olur. Bu da İranın şimal hissəsindəki sərhədləri boyunca böyük türk coğrafiyasının formalaşması deməkdir. Digər tərəfdən isə İran iddia edir ki, əgər Zəngəzur dəhlizi açılarsa, həm İsrail, həm ABŞ, həm Avropanın bəzi dövlətləri burada möhkəmlənə bilər".
İran mane ola bilməyəcək"
Ekspertin sözlərinə görə, indiki halda Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir: "Bu da tranzit xərci deməkdir və Türkiyə hər avtomobil üçün İrana pul ödəyir. Bu rəqəm də 1000-1800 dollar arasında dəyişir. Bu baxımdan İran nəqliyyat qovşağı olaraq mövqeyini itirmək istəmir. Təhlükəsizlik baxımından isə hesab edir ki, dəhliz açılarsa, o zaman Türkiyə möhkəmlənəcək. Türkiyə NATO dövləti olduğu üçün dolayı yolla ABŞ möhkəmlənəcək. ABŞ möhkəmlənəcəyi halda, İrana böyük təhdid ola bilər. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir. Eyni zamanda erməni lobbisindən öz maraqları üçün istifadə etməyə çalışırlar".
S.Hümbətov vurğuladı ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir və bununla bağlı bütün işlər görülür: "Düşünürəm ki, qısa zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediləcək. Zəngəzur dəhlizi ilə bağlı məsələ həm 10 noyabr 2020-ci il bəyannaməsində, həm də 11 yanvar və 26 noyabr 2021-ci il bəyannamələrində yer alıb. Ona görə də imzalanmış bu sənədlərin şərtləri mütləq yerinə yetiriləcək və İran da buna mane ola bilməyəcək".

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib

Külək enerjisinin istehsalı artıb

Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə


iqtisadi xeberler investisiya dollar məzənnəsi valyuta xeberleri bu gunun xeberleri