"İran ordusu təkcə Zəngəzura deyil, ölkədə hakimiyyət dəyişikliyinə qədər nüfuz edə bilər" - Badalyan

İran ordusu təkcə Zəngəzura deyil, daha dərinlərə də nüfuz edə bilər.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində siyasi strateq Armen Badalyan deyib.
O bildirib ki, İran qoşunları Ermənistana daxil olarsa, onlar təkcə Zəngəzura deyil, daha dərinə və ola bilsin ki, ölkədə hakimiyyət dəyişikliyinə qədər nüfuz edə bilərlər.
Badalyan İranı Zəngəzur dəhlizinin ən qızğın əleyhdarı adlandırıb və Xamenei səviyyəsində dəhlizin olmayacağını qeyd edib.
O, bunu onunla izah edib ki, Türkiyədən Pakistana qədər mühasirəyə alınacaq İran dəhlizdən ən çox zərər çəkəcək, ona görə də Tehran buna icazə verə bilməz və o, tək hərəkət edəcək.
"Bütün qalan ölkələr yalnız bu və ya digər mövqe ilə çıxış edə bilər", – deyə Badalyan deyib.
Onun sözlərinə görə, Qərb Türkiyə ilə birlikdə dəhlizin Rusiyanın nəzarətindən çıxması üçün hər şeyi etməyə çalışır. Çünki plana görə, bu, Qərb üçün Mərkəzi Asiya, Pakistan və Şərqi Çinə açıq yol olmalıdır.
"Azərbaycan Zəngəzur dəhlizinin açılması məqsədindən geri çəkilməyəcəyini bildirib. Çünki bu dəhliz açılsa, Azərbaycan regional ölkəyə çevriləcək və böyük türk regionunda Qərbin mühüm tərəfdaşına çevriləcək.
Rusiya üçün də dəhliz qəbuledilməzdir. Lakin Ukraynadakı uğursuzluqları və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədiyini nəzərə alsaq, Kreml Moskvanın nəzarəti altında dəhlizin Türkiyə və ya Azərbaycandan idarə edilməsinə razılaşa bilər. Bu da öz növbəsində Rusiyaya qarşıdır, Qərbi də narazı salır", – deyə Badalyan fikrini tamamlayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Xəbərlər     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler birbank bitkoin almaq dollar məzənnəsi bitkoin qiymeti