İran Türkiyəni Suriya ilə bağlı siyasətini düzəltməyə ÇAĞIRDI
İran Türkiyəni Suriya ilə bağlı siyasətini tənzimləməyə çağırıb.
KONKRET.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. O bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası regionun xeyrinə olacaq.
Naser Kənani qeyd edib ki, İran həm Türkiyə rəsmiləri ilə ikitərəfli görüşlər çərçivəsində, həm də Astana formatı çərçivəsində Suriya ilə bağlı Türkiyə ilə danışıqlar aparıb.
"Türkiyə rəsmilərinin dedikləri təsəllivericidir. Ümid edirik ki, Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası həm öz maraqlarına, həm də regionun xeyrinə olacaq", -siyasətçi deyib.
Onun sözlərinə görə, Suriyadakı böhran bəzi ölkələrin məntiqsiz davranışlarının nəticəsidir.
"Biz Suriyada yeni şəraitin formalaşdığını görürük, bu o deməkdir ki, Suriya hökuməti kritik vəziyyətdən çıxıb və terrorla mübarizədə böyük uğurlara imza atıb", – deyə Kənani fikrini tamamlayıb.
Xuraman Etibarlı,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Kriptovalyuta nədir və necə alınır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası