İranın Sistan-Bəlucistan əyalətində yanacaq və çörək qıtlığı yaranıb
İranın Sistan-Bəlucistan əyalətində yanacaqdoldurma məntəqələri və çörəkbişirmə sexlərinin qarşısında uzun növbələr yaranıb.
KONKRET.az "Radiofarda"ya istinadən xəbər verir ki, bu barədə İranşəhrin ölkə parlamentindəki deputatı Əbdül Naser Derəxşən bildirib.
Onun sözlərinə görə, son günlər əyalətin müxtəlif rayon və şəhərlərində çörək və benzin qıtlığı yaranıb: "Bu isə uzun növbələrin yaranmasına səbəb olub".
Əbdül Naser Derəxşən yanvarın 5-də parlamentdə çıxış edib. O, çörək və benzin çatışmazlığını tənqid edərək bu vəziyyətin insanların təhlükəsizliyini təhdid etdiyini söyləyib.
Deputat əyalətin müxtəlif şəhərlərində çörək və benzin qıtlığının daha da acınacaqlı hal aldığını vurğuayaraq deyib: "Hakimiyyət insanların vaxtını boş yerə sərf etməsinə laqeyd yanaşır".
Başqa məlumata əsasən, əyalət sakinləri üç saat çörək növbəsində dayanır, yanacaq növbəsi isə üç kilometrə çatır.
Əyalət rəsmiləri isə bunları təkzib ediblər.
Bununla belə əyalətin mərkəzi Zahidan şəhərində Tehran rejiminə qarşı etiraz aksiyaları davam edir.//Report

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi