İraq İran vasitəsilə Türkmənistandan 10 mlrd. kubmetr qaz alacaq
İraq Türkmənistan qazının İran vasitəsilə illik 10 milyard kubmetr həcmində svop tədarükündə maraqlıdır.
Bu barədə TDH dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət naziri – "Türkmənqaz" dövlət konserninin sədri Məqsət Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il oktyabrın 5-dən oktyabrın 8-dək Bağdadda işgüzar səfərdə olub.
Türkmənistan və İraqın dövlət enerji strukturları türkmən qazının tədarükünə dair memorandum imzalayıblar.
Qeyd olunur ki, iraqlı tərəfdaşlar İran vasitəsilə svop sxemi çərçivəsində Türkmənistandan İraqa qaz nəqlində maraqlı olduqlarını bildiriblər.
Eyni zamanda, İraq tərəfi hər il təxminən 10 milyard kubmetr həcmində Türkmənistan təbii qazını qəbul etməyə hazırdır
Tərəflər qaz sənayesində gələcək birgə fəaliyyət üçün hüquqi, kommersiya, maliyyə və təşkilati şərtləri ətraflı müzakirə ediblər.
Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.
Hazırda Türkmənistan təbii qazının ən böyük istehlakçısı Çindir. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Az pulla hansı işi qurmaq olar?
SMM nədir?