İrəliləyİş' layihəsinə başlanıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "İrəliləyİş" layihəsinə start verilib.
azxeber.com xəbər verir ki, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.
Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq.
Onlara "Əmək bazarının tələbləri", "Düzgün CV/Rezyume hazırlanması", "Müsahibəyə hazırlıq", "Natiqlik və təqdimat bacarıqları", "Şəxsi-brendinq", "İstək və rəsmi e-məktubların yazılması", "Tənqidi düşüncə və problemlərin yaradıcı həlli", "Vaxtın idarəedilməsi", "Liderlik və komanda işi", "Ünsiyyət bacarıqları və böhran idarəetməsi" və s. mövzularda təlimlər keçiriləcək.
Təlimləri uğurla bitirəngənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirakedəcəklər. Ətraflı məlumat və qeydiyyat üçün: www.irelileyish.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?