İş yerində intim münasibətdə olmaq olar? - Qanun nə deyir?
Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında şəxsi (sexsi) yanğınlarını söndürməsinin görüntüləri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məsələyə münasibət bildirərkən deyib ki, videodakı əməkdaşlar cəzalandırılacaqlar. Bəs qanunvericiliklə belə hallarda hansı inzibati tədbirlər görülür?
Ümumiyyətlə, qanunvericilikdə iş yerində intim macəralar yaşayanlarla bağlı hansısa normativ qaydalar əks olunubmu?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, məsələyə iki tərəfdən baxmaq olar. Birinci yerdə fundemental insan hüquqları durur. Fundamental hüquqlar sosial hüquqlardan üstündür: "İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvesiyasının 8-ci maddəsi var. Bir şəxs və onun şəxsi həyatı barəsində nəsə paylaşılım edilibsə, bu artıq onun şəxsi həyatına müdaxilədir. Avropa məhkəməsinin qərarlarına görə, ofis və avtomobil də mənzil toxunulmazlığı statusunda ola bilər. Mənim iş yerimdə kiçik otağım, kiçik bir küncum varsa, burada da paralel olaraq mənzil toxunulmazlığı hüququm var. Şəxsin mənzili kimi, iş yerində, ofisində və yaxud da avtomobilində 3-cü şəxs tərəfindən avadanlıq quraşdırılırsa, bu artıq onun şəxsi həyatına müdaxdilədir və mənzil toxunulmazlığı hüququnun pozulmasıdır".
Digər məsələ isə odur ki, iş yerində müəyyən əxlaq normaları var və ona necə əməl olunmalıdır? Qaydalar, qanunlar necə tənzimlənməlidir? Bu, işəgötürənin özünüdən asılı olan məsələdir. İşçi onsuz da belə halda zərərçəkmiş olur. Bu halda ona cəzanın tətbiq edilib-edilməməsi işəgötürənin öz mülahizəsinə qalır. Əmək müqaviləsində heç kim yazmır ki, kimsə işdə yaxın münasibətdə ola bilməz. Sadəcə, iş yerinin müəyyən intizam qaydaları var. Xüsusən də mühafizə orqanlarında və s. yerlərdə çalışanlar bunu nəzərə almalıdırlar. Beləcə, inzibati tənbeh tədbiri görülə bilər".


Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ev şəraitində pul qazanmağın yolları