İsrail nəhəng texnoşirkətinin Azərbaycanda törəməsi təsis edilib
İsraildə qeydiyyatda olan "Amdocs" şirkətinin Azərbaycanda törəməsi təsis edilib.
Banker.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınan "Amdocs Azerbaijan" MMC-dir.
Şirkət 500 000 ABŞ dolları nizamnamə kapitalı ilə 23 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Nizami ev.22 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Ramazanov Nəriman Əhməd oğludur.
"Amdocs" İsraildə təsis edilsə də ABŞ-də də fəaliyətdə olan transmilli şirkətdir. Şirkət rabitə, media və maliyyə xidmətləri təminatçıları və rəqəmsal müəssisələr üçün proqram təminatı və xidmətlər üzrə ixtisaslaşıb. Şirkət ümumilikdə 2022-ci ildə 4.58 mlrd. ABŞ dolları həcmində gəlir, 549 mln. dollar xalis mənfəət əldə edib.
"Amdocs" öz internet səhifəsində ötən ilin noyabrında bildirir ki, geniş miqyaslı rəqəmsal transformasiya müqaviləsində Azərbaycanda yerləşən operatorun beş milyon abunəçisi üçün optimallaşdırılmış təcrübə təmin etmək üçün "Azercell" tərəfindən seçildiyini elan etdi.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Freelance" nədir?
"iPhone 15" modelinin üstünlükləri
Az pulla hansı işi qurmaq olar?
Evdə biznes qurmağın yolları
Dropshipping nədir?