İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb
Əgər "İslami Cihad" terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq.
Bu barədə İsrailin maliyyə naziri Aviqdor Libermanın "The Times of Israel" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq.
"Cihad" atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik", – Liberman deyib.
Terrorçuların zərərsizləşdirilmiş liderinə gəlincə, Liberman qeyd edib ki, o, "yalnız saatlı bomba deyil, həm də idarə olunan saatlı bomba idi".
"Əlbəttə, biz müharibə və ya qarşıdurma axtarmırıq, lakin kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi", – nazir əlavə edib.
Xatırladaq ki, bundan əvvəl bir gündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atıldığı bildirilib. Yaşayış məntəqələrini təhdid edən raketlərin əksəriyyəti vurulub.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes plan necə yazılır?