İstanbuldan Azərbaycana məhsul ixracında rekord
İstanbul Azərbaycana məhsul ixracında lider olan ölkələri üstələyib.
KONKRET.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında İstanbuldan Azərbaycana 392 milyon 742 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Türkiyənin İxracat Məclisinin və Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur.
2023-cü ilin aprelində isə İstanbuldan ölkəmizə 86 milyon 965 min dollarlıq məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 24,5 faiz azdır.
Diqqətə çatdıraq ki, Türkiyənin Azərbaycana məhsul ixrac edən şəhərləri arasında İstanbul liderdir. Həmçinin İstanbul Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələrin də əksəriyyətini üstələyib. Belə ki, bu şəhərdən məhsul idxalının dəyəri Türkmənistan, Almaniya, Fransa, İran, ABŞ, İtaliya, Qazaxıstan, Böyük Britaniya, Yaponiya, Belarus, Koreya, Ukrayna və digər ölkələrdən çoxdur. Bir sözlə İstanbuldan məhsul idxalının göstəricisi Rusiya və Çindən sonra gəlir və Türkiyədən məhsul idxalının təxminən 50 faizini əhatə edir.//Oxu.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi