İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞU

İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞURespondentlər kriptovalyutaların yaxın 5 ildə qlobal maliyyə sistemində əsas yer tuta biləcəyinə inanır.
Kriptovalyutalara investisiya yatırmaq istəyənlərin sayı 2023-cü ildə daha da artacaq.
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçılarından biri olan "Binance" şirkətinin MDB ölkələrindən olan istifadəçilər arasında apardığı sorğunun nəticələrinə görə, bu il "Binance" istifadəçilərinin 88%-dən çoxu kriptovalyutalara investisiya yatırmağa davam edəcək.
2022-ci ilin oktyabr və noyabr aylarında keçirilən sorğunun əsas məqsədi kriptovalyuta birjasının istifadəçilərinin kriptovalyuta sənayesinin əsas trendləri, proqnozları və perspektivləri haqqında müstəqil və anonim şəkildə fikirlərini öyrənmək olub. Sorğuda Qazaxıstan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Azərbaycan və digər ölkələrdən 11150 respondent iştirak edib.
Maraqlıdır ki, respondentlərin yalnız 3,3 %-i 2023-cü ildə rəqəmsal aktivlərə investisiya qoymağı planlaşdırmadıqlarını bildirib. 79,7 % istifadəçi kriptovalyutaların qlobal iqtisadiyyatın inkişafı baxımından zəruriliyinə əminlik ifadə edib.
"2022-ci il kriptovalyuta sənayesi üçün sınaq ili olsa da, qeyd etmək lazımdır ki, bu, eyni zamanda bizə nikbinlik üçün daha çox səbəb verib: sənaye dayanıqlıq və davamlılıq nümayiş etdirib. Bunu sorğunun nəticələri də təsdiqləyir. Respondentlərin, demək olar, yarısı kriptovalyutaların yaxın 5 ildə qlobal maliyyə sistemində əsas yer tuta biləcəyini hesab edir, 52%-i isə hesab edir ki, onların kriptovalyuta sənayesinin tənzimlənməsində 2022-ci ildə şahid olduqları tərəqqi sənayenin daha da inkişafına, həmçinin kriptovalyuta bazarının daha şəffaf və təhlükəsiz olacağına imkan verəcək", deyə "Binance"in regional direktoru Vladimir Smerkis bildirib.
Sorğuda iştirak edən respondentlərin 49%-i kriptovalyuta sərmayələri üçün platforma seçimində ən vacib meyar kimi təhlükəsizlik və etibarlılığı, 15,2% faizi istifadəçi dostu olan interfeysi, 12,8 % isə aşağı komissiyaları göstərib.
Respondentlərin 40%-dən çoxu 2022-ci ildə kriptovalyuta alışının səbəbini investisiya perspektivini görməsi ilə əsaslandırıb. Həmçinin alış üçün təkan bitkoinin qiymətinin aşağı düşməsi və ümumi ayı trendi olub. Respondentlərin 8 %-i alışa səbəb kimi dünyadakı geosiyasi vəziyyəti vurğulayıb, 11,5 %-i isə ənənəvi maliyyə və iqtisadi sistemə etimadsızlığı ifadə edib.
Bitkoin (BTC) əvvəlkitək sorğuda iştirak edən "Binance" istifadəçilərinin sahib olduqları dominant kriptovalyutadır. İlk kriptovalyutaya sahib olma payı 21,7 % təşkil edir.
Onu da qeyd edək ki, son illərdə Bitcoin sahiblərinin faizi xeyli aşağı düşüb. 2021-ci ildə Bitcoin sahiblərinin göstəricisi 60,5 % təşkil edib. Tether (17,8 %) və BUSD (10,3%) də ilk üçlükdə qərarlaşıb.
Sorğuda iştirak edənlərin 59,4%-i hesab edir ki, bir müddətdən sonra  kriptovalyutada depozitlər ənənəvi bank depozitlərini əvəz edə biləcək.
Respondentlərin 40,8%-i ənənəvi investisiya imkanlarından (səhm almaq, daşınmaz əmlaka investisiya yatırmaq, pay fondları) istifadə etmədiyini, 32,4% isə ənənəvi investisiya üsullarına müraciət etdiklərini bildiriblər.  

Kriptovalyuta     Tarix: 02 fevral 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq