İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ
"Azəristiliktəchizat" ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.
azxeber.com xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
"Artıq 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur", - mətbuat katibi əlavə edib.
Qeyd edək ki, istilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadratmetrə tarif tətbiq olunanda verilən temperaturdan asılı olmayaraq, eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət