İsveç alimləri zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi yaradırlar

İsveç alimləri zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi yaradırlarStokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üzərində işləyir.
Bu institut tərəfindən həyata keçirilən "ArtEmis" Avropa tədqiqat layihəsi gələcəkdə güclü zəlzələlərdən daha mükəmməl xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutur. Layihənin rəhbəri, fizika professoru Ayşə Ataç Nyuberq bildirib ki, bir neçə ölçü vahidinin mənalarını birləşdirməklə, zəlzələ tədqiqatçıları irəliyə doğru böyük addım ata bilərlər.
Artıq layihəyə 2027-ci ilədək olan müddətdə 2 milyon avro qrant ayrılıb. Bu vəsait zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üçün şəraitin yaradılması, o cümlədən Avropanın müxtəlif regionlarında radonun səviyyəsini ölçəcək sensor şəbəkəsinin yaradılmasına yönəldiləcək.
Ayşə Ataç Nyuberq əlavə edib: "Biz radioaktivliyi, suyun təzyiqini, pH-nin əhəmiyyətini və hərəkətini, əvvəllər zəlzələdən zərər görməmiş yerin qatlarında plitələrin birləşməsini ölçə biləcək 100 ədəd detektor yerləşdirmək istəyirik". Onun sözlərinə görə, 1960-cı ildən etibarən ekspertlər zəlzələnin proqnozlaşdırılması məqsədilə köklü süxurlarda yer qabığının hərəkəti zamanı meydana gələn kiçik çatlarda olan qazformalı radonu ölçürlər. Lakin indi daha çox məlum olur ki, radonun tərkibinə havada və ya torpaqda temperatur və rütubət dəyişiklikləri də təsir edir. Bu səbəbdən alimlər indi onu yeraltı sularda ölçəcəklər. Ekspertlərin rəyinə görə, bu halda radonun göstəriciləri daha sabit və etibarlı müəyyən olunacaq. Bundan başqa, əldə olunan tədqiqat materialları texnologiya və süni intellektin köməyi ilə təhlil ediləcək. Bu birgə layihədə Avropanın 14 müəssisəsindən seysmoloqlar, geoloqlar, fiziklər və süni intellekt tədqiqatçıları iştirak edirlər.
Layihə rəhbəri bildirib ki, ilk tədqiqatlar Yunanıstan, İtaliya və İsveçrədə yer qabığında plitələr arasında birləşmələrdə aparılır. Bundan sonra tədqiqat qrupu detektorların yerləşdirilməsi üçün yeraltı sulara çatacaq. "Biz, həmçinin mağaralar, tunellər və quyularda ölçmə işləri aparmaq üçün rayon bələdiyyələri ilə də əməkdaşlıq edirik. Qrupumuz 2027-ci ildən sonra da öz fəaliyyətini davam etdirəcək", – deyə A.Nyuberq vurğulayıb. O əlavə edib ki, tədqiqatlar üçün ayrılacaq əlavə maliyyə vəsaiti Türkiyədə və zəlzələdən zərər çəkmiş digər ölkələrdə də detektorların yerləşdirilməsinə imkan verəcək. / banker.az

Xəbərlər     Tarix: 15 fevral 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler 1000 manatla biznes kripto depozit faizleri emlak xeberleri