İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq "Məzun günü" keçirilib

İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq "Məzun günü" keçirilib.
Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Məzun günü"nün təşkil olunmasının əsas məqsədi məzunlarla əlaqələri daha da genişləndirmək, müvəfəqiyyətli məzunların nümunəsində onları gələcək uğurlara ruhlandırmaq, tələbələrin təhsilə marağını artırmaq və onların mərkəzin ictimai həyatında fəal iştirakın təmin etməkdən ibarətdir.
Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.
Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir. Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, belə ki 70  faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.
Həmçinin 2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 nəfər tələbəyə çatdırılıb. Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Qəbul müsahibə yolu ilə aparılır. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.
Eyni zamanda diqqətə çatdırılıb ki, ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur.
Qeyd edilib ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə "İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik" ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.
Bundan başqa tədbirdə çıxış edən digər natiqlər təhsil müəssisəsini uğurla başa vuran tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda tələbələrin ifasında rəqs nömrələri nümayiş olunub, şən mahnılar və şeirlər səsləndirilib.
İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq / marja.az

Maraqlı     Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin