"Jolly Joker" Bakıdakı yeni məkanı ilə - SƏRHƏDLƏRİNİ GENİŞLƏNDİRİR
Türkiyənin ən nüfuzlu sənətkarlarını Azərbaycandakı dinləyiciləri ilə bir araya gətirəcək "Jolly Joker Bakı" 20 aprel tarixindən etibarən qapılarını pərəstişkarların üzünə açacaq.
FED.az xəbər verir ki, ilk olaraq Yıldız Tilbe, Dolu Kadehi Ters Tut qrupu, Levent Yüksel, Yüzyüzeyken Konuşuruz qrupu, Gökhan Türkmen, Adamlar qrupu, Son Feci Bisiklet qrupu və İrem Derici kimi simalar paytaxt Bakının qonağı olacaq.
22 filialı ilə Türkiyənin ən böyük və ən prestijli konsert şəbəkəsi olan "Jolly Joker" brendi Azərbaycanda öz yeni filialını açır. Əvvəllər "Elektra Events Hall" kimi tanınan və hər kəs tərəfindən sevilən konsert zalı artıq "Jolly Joker Bakı" olaraq şəhərimizin əyləncə həyatına yeni bir nəfəs gətirəcək və 20 aprel tarixində Yıldız Tilbe konserti ilə fəaliyyətə başlayacaq.
"Jolly Joker Bakı" Səhnəsində İlk Olaraq Səhnə Alacaq Simalarla Görüşə Sayılı Günlər Qaldı
16 ildir yüksək keyfiyyət standartlarında tərtib edilmiş konsert məkanlarında ulduzlarla pərəstişkarlarını birləşdirən "Jolly Joker" geniş və fərqli kütlələri bir araya gətirərək Bakıdakı konsert məkanında Türk ulduzlardan başqa yerli və xarici sənətkarları da öz səhnəsində qonaq edəcək. 20 aprel Yıldız Tilbe, 21 aprel Dolu Kadehi Ters Tut qrupu, 27 aprel Levent Yüksel, 4 may Yüzyüzeyken Konuşuruz qrupu, 10 may Gökhan Türkmen, 11 may İrem Derici, 17 may Son Feci Bisiklet qrupu ve 1 iyun Adamlar qrupu "Jolly Joker Bakı"da səhnə alacaq.
Jolly Joker Yeni Məkanı ilə Azərbaycanın Qəlbində
Azərbaycanın qəlbində "Jolly Joker Bakı"nı açmağın sevincini bölüşən "Jolly Joker"in İdarə Heyətinin üzvü Can Aydoğdunun sözlərinə görə "Jolly Joker"in qloballaşma yolundakı ilk addımı qardaş ölkə Azərbaycandan başlayır və yeni açılacaq məkanda "Jolly Joker Bakı" komandası hər zaman rəngarəng və yüksək standartlara cavab verəcək konsert və əyləncələr təşkil etməyə çalışacaq.
Rezervasiya və Ətraflı Məlumat üçün +994 50 700 70 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Konsert Biletlərini iTicket.az vebsaytından əldə edə bilərsiniz.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?