Kanadada Çörçilin "Kükrəyən aslan"ı ilə bağlı böyük fırıldağın üstü açılıb - FOTO
Kanadada Çörçilin "Kükrəyən aslan"ı ilə bağlı böyük fırıldağın üstü açılıb - FOTO
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin "Kükrəyən aslan" adlı ən məşhur fotoşəkillərindən biri Ottavadakı "Şato Lorye" ("Fairmont Chateau Laurier") hotelindən fırıldaq yolu ilə oğurlanıb.
Belə ki, 1998-ci ildən hotelin oxu zalından asılan fotonun orijinalı surəti ilə əvəzlənib. Hadisənin üstü bu yaxınlarda açılıb. Baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
Çörçilin bu şəkli 1941-ci ilin dekabrında "Şato Lorye"nin yaxınlığında yerləşən Kanada Parlamentində çıxış etdikdən sonra çəkilib. Foto siyasətçinin siqaretsiz ən məşhur obrazı hesab olunur. Adətən, Çörçil həmişə siqarla şəkil çəkdirirdi, lakin fotoqraf bu şəkli çəkərkən siqarı özü şəxsən baş nazirin əlindən alıb; Çörçil buna görə şəkildə pis əhval-ruhiyyədə görünür. Ehtimal ki, elə bu səbəbdən foto "Kükrəyən aslan" adlanıb.
Mənbə: RT

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Kriptovalyuta nədir və necə alınır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası