Kapital Bankın ‘böyük gözləntisi’ olan biznesinə qoyulan kapital 100 mln. manata qaldırılıb
Kapital Bankın törəmə maliyyə təşkilatı "Birkart Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı 98.8 milyon manata qaldırılıb.
Banker.az xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə kapitalın 10.5 milyon manat və ya 12 faiz artırılması deməkdir.
Kapital Bank daha əvvəl, 2024-cü ilin dekabrındakı mətbuat konfransında BOKT-nin zərərdə işləməsinə dair açıqlama verərkən, bunu bankın investisiya strategiyası ilə əlaqələndirmişdi. Bankın rəhbər şəxsləri bildiriblər ki, BOKT vasitəsilə həyata keçirilən investisiyalar uzunmüddətlidir və 2026-cı ildən etibarən mənfəətə çıxacağı gözlənilir.
Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov və Baş risk inzibatçısı Emin Məmmədov mətbuat konfransında qeyd ediblər ki, BOKT-nin əsas investisiyaları informasiya texnologiyaları sektoruna yönəlib. Bu investisiyalar arasında "PashaPay" MMC (m10 və MilliÖn), "Qırmızı Ürəklər Fondu" və "Competo" MMC (Umico) kimi şirkətlər var. İT sektoruna yatırılan bu investisiyaların hələlik zərərlə işlədiyi bildirilsə də, orta və uzun müddətdə gəlirlilik perspektivi nəzərdə tutulur.
Fərid Hüseynov qeyd edib ki, bankçılıq təcrübəsini yalnız maliyyə sektorunda deyil, elektron kommersiya sahəsində də tətbiq etməyə çalışırlar. O, "Umico" marketpleysinə edilən investisiyaların Azərbaycan elektron kommersiya bazarının inkişafına dəstək verdiyini və bu sahədə yeni investisiyaların davam edəcəyini vurğulayıb.
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil
ABB DigiLife onlayn jurnalını təqdim etdi
ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma
"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb
BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın