Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə - TARİFLƏR AZALDILDI

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə - TARİFLƏR AZALDILDIAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində heyvanların sığortası fermerlər üçün daha əlçatan olub. Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib. 
Xatırladaq ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iri buynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırda-buynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür. 
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə - TARİFLƏR AZALDILDIİndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi. 
İdarə heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib. 
Nəticədə, indiyədək 1000 manatlıq xırdabuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib. 
Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər. 
Xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox - 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib. 
Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib. 
Qiyməti 500 manat olan qoyun və keçinin sığortası isə əvvəllər fermerlərə 13-20,4 manata başa gəldiyi halda, hazırda bu məbləğ 11,6-18,4 manata endirilib. 
Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.  
Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq halları nəticəsində dəyən zərərlərdən sığortalayır. 
Kənd təsərrüfatı heyvanlarını 11 gündən başlayaraq sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaş, ətlik mal-qara 3 yaş, xırdabuynuzlu heyvanlar isə 5 yaşa qədər sığortalana bilər. 
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarının sığortası aqrar sığortada mühüm yer tutur və bu sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Beplə ki, 2024-cü ilin ilk 10 ayında Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45% artıqdır. 
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Heyvandarlıq sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat allb təsərrüfatlarını sığortalaya bilərlər. / marja.az

Banklar     Tarix: 06 dekabr 2024

Oxşar xəbərlər

"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb

"Bank of Baku" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 261,3 milyon manat və ya 28,7% artaraq 1 milyard 172 milyon manata çatıb. Bankın kredit portfelində ən böyük artım istehla

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli

Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrini

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank"

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr

Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşünc

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə". Bu sözləri Azərbaycandakı Britaniya-Azərbaycan Ticarət Palatası (BCCA) İcraçı Direktoru Zibər Hüseynova yayımlanan müsahibəsində bildirib. O üzləşdiyi sarkoma diaqnozu

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi


iqtisadi xeberler bitcoin dollar məzənnəsi 1000 manatla biznes online pul qazanmaq