Kənd təsərrüfatı və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilir

Kənd təsərrüfatı və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilirİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Qanunvericilikdə kənd təsərrüfatı sektoruna və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri ilə bağlı dəyişikliyi  Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev şərh edib:
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli 1400 nömrəli Fərmanı ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi müəyyən edilib. 
Məlum olduğu kimi, son illər dünya iqtisadiyyatında baş verən proseslər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Bunları nəzərə alaraq, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib.
Dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin (mənfəətin) 50 faizi həcmində gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən azad edilirlər. 
Hazırda bir sıra məhsulların istehsalı ilə məşğul olan sahibkarlar Vergi Məcəlləsində investisiya təşviqi sənədi üzrə nəzərdə tutulmuş vergi güzəştlərindən faydalanırlar. Bununla belə, investisiya təşviqi sənədi yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə verildiyindən və sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin əksəriyyəti yeni fəaliyyətə başlayan vergi ödəyiciləri olmadığından, onlar təşviq alətindən faydala bilmirlər. Bu kimi hallar nəzərə alınmaqla, məhz aqrar sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin dayanıqlığının təmin edilməsi və onların növbəti investisiya layihələrinin icrasının stimullaşdırılması məqsədilə həmin müəssisələrə də investisiya təşviqi sənədinə malik olan vergi ödəyicilərinə bərabər həcmdə vergi güzəşti verilib. Nəticədə həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan müəssisələr eyni həcmdə vergi güzəştləri əldə ediblər. 
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi üzrə də bir sıra digər vergi güzəştləri təsdiq edilib. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Lakin bu sektorda çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, satışdankənar gəlirləri də mövcuddur və həmin gəlirlərə güzəşt tətbiq edilmirdi. Bunu nəzərə alaraq, kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir (mənfəət) vergisindən azad edilib. Hüquqi şəxslərə münasibətdə bu, 2023-cü il yanvarın 1-dən 1 il müddətinə, fiziki şəxslərə münasibətdə isə müddətsiz tətbiq edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad olunub ki, bu da təsisçi maraqlarına xidmət etməklə əlavə investisiya qoyuluşlarına təkan verəcək.
Bütövlükdə güzəştlərin verilməsində əsas məqsəd rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal olunan yerli məhsulların qiymətinin aşağı salınmasıdır".

/ marja.az

Maliyyə     Tarix: 09 yanvar 2023

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq