Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi

Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsiYaponiya, 30 aprel tarixində yeni dollar qarşısında dəstəkləmək üçün həyata keçirdiyi valyuta müdaxiləsi zamanı təxminən 4,68 trilyon yen (cari məxənnə ilə təxminən 30 milyard dollar) xərcləyib. Başqa sözlə, bazara girişin həcmi 4,68 trilyon yen məbləğində olub.
Marja xəbər verir, bu bardə Bloomberg Yaponiya Mərkəzi Bankının hesabatlarını təhlil edərək məlumat yayıb.
Yaponiya rəsmiləri əvvəlki müdaxilədən cəmi bir neçə gün sonra yeni dəstəkləmək üçün valyuta bazarına təxminən 4,68 trilyon yen müdaxilə edərək qərarlı olduqlarını bir daha nümayiş etdiriblər.
Rəqəmlərdən ötən həftənin sonundan etibarən birdən çox müdaxilə olub-olmadığı və ya belə bir addımın hansı gün atıldığı aydın olmasa da, çərşənbə günü yenin kəskin bahalaşması rəsmilərin bazarda olduğuna dair spekulyasiyaları artırıb.
Cümə axşamı yayımlanan hesabat, ölkənin ABŞ dolları/Yaponiya yeni məzənnəsinin 160 səviyyəsindən (kritik həd) aşağı düşməsinin qarşısını almaq qərarlılığını göstərir. Bu səviyyə rəsmilərin 2024-cü ildə bazara bir neçə dəfə müdaxilə etdiyi səviyyəyə yaxındır.
Ötən həftə Dollar/Yen məzənnəsi 155,57 səviyyəsinə düşmüş və yen dollar qarşısında fevralın sonundan bəri ən güclü səviyyəsini görmüşdü. Ölkənin ən yüksək səviyyəli valyuta rəsmisi Atsuşi Mimura spekulyativ hərəkətlərin davam edəcəyi halda rəsmilərin hərəkətə keçməyə hazır olduğunu bildirmişdi. 
"Goldman Sachs"ın analitiklərinə görə, Yaponiyanın valyuta ehtiyatları nəzərə alındıqda rəsmilər nəzəri olaraq ötən həftəki miqyasda təxminən 30 müdaxilə həyata keçirə biləcək potensiala malikdirlər, lakin maksimum təsiri təmin etmək üçün ehtiyatlarını qoruyacaq və yalnız seçici şəkildə hərəkət edəcəklər. / marja.az

Maliyyə     Tarix: 12 may 2026

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri birbank 1000 manatla biznes