Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib

Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstəribQızıl, ABŞ ilə İranın müharibəni bitirməyə açıq olduqlarına dair siqnallara baxmayaraq, çərşənbə axşamı ardıcıl üçüncü sessiyada bahalaşsa da, 2008-ci il qlobal maliyyə böhranından bəri ən pis aylıq performansını göstərib.
Marja xəbər verir ki, ABŞ dolları və dövlət xəzinə istiqrazlarının gəlirliliyi hər iki ölkənin münaqişənin həlli üçün müəyyən imkanın yarandığını göstərən xəbərlərlə birlikdə geriləyib. Bu vəziyyət qızılın bir həftədən artıq müddətin ən yüksək səviyyəsinə qalxmasına və qiymətin 3,9 faizə qədər artmasına kömək edib; günün bağlanışında isə qızılın bir unsiyası 4668,06 dollar səviyyəsində formalaşaraq 3,5 faiz artım göstərib. Buna baxmayaraq, qızıl mart ayı ərzində 11 faizdən çox ucuzlaşıb.
Daha əvvəl "The Wall Street Journal" yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını  bağlı qalsa belə, münaqişədən çıxmağa hazırdır.
İran dövlət mediası isə ölkə prezidenti Məsud Pezişkianın müharibəni başa çatdırmağa hazır olduqlarını bildirdiyini, lakin Tehran-ın öz tələblərini yenidən irəli sürdüyünü xəbər verib.
Yaxın Şərqdəki münaqişənin qlobal bazarları sarsıtması və eyni vaxtda həm inflyasiyanın artması, həm də iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqları gücləndirməsi səbəbilə qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib.
İnvestorlar  qlobal mərkəzi bankların faiz dərəcələrini artıra biləcəyini düşünürdülər. Lakin FED sədri Jerome Powell uzunmüddətli inflyasiya gözləntilərinin sabit qaldığını bildirdikdən sonra bazar ertəsi günü bu gözləntilər azalıb. Faizlərin yüksəlməsi faiz gəliri gətirməyən qızıl üçün mənfi amil hesab olunur.
Bundan əlavə, ABŞ-da açıqlanan məlumatlar göstərib ki, istehlakçı etimadı mart ayında biznes və əmək bazarı ilə bağlı daha müsbət gözləntilər sayəsində gözlənilmədən artıb. Fevral ayında isə iş elanlarının sayı azalıb və işə qəbul prosesi yavaşlayıb. Bu da müharibənin yaratdığı əlavə qeyri-müəyyənlikdən əvvəl əmək bazarında tələbatın zəiflədiyinə işarə edir.
Son iki sessiyada bir unsiya qızılın cari qiyməti 4,5 faiz bahalaşaraq 4724 dollar səviyyəsinə qalxıb. Gümüş 7,3 faiz bahalaşaraq 75,17 dollara yüksəlib. Platin və palladium da dəyər qazanıb. Bloomberg Dollar Spot Index isə 0,6 faiz geriləyib. / marja.az

Maliyyə     Tarix: 01 aprel 2026

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler bitkoin biznes xeberleri dollar mezenne pul qazanmaq