KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib

KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilibSahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər.
"Bakı KOB evi"ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib
FED.az xəbər verir ki, bu ilin yanvar - mart aylarında KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib. Xidmətlərin 80 mindən çoxu "Bakı KOB evi"nin, 15 minə yaxını "Yevlax KOB evi"nin, 4 mindən çoxu isə "Xaçmaz KOB evi"nin payına düşür.
KOB evlərində göstərilmiş xidmətlərin 91 minə yaxını dövlət qurumları ("G2B"), 9 minə yaxını isə biznes qurumları ("B2B") tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində ümumilikdə 52 dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir. Ölkənin digər iri şəhər və rayonlarında da KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir.

Biznes     Tarix: 09 aprel 2024

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari