KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılması müzakirə edilib

KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılması müzakirə edilibKiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib. "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib. 
FED.az KOBİA-ya istinadən xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev ictimai müzakirənin dövlət-sahibkar əməkdaşlığı çərçivəsində müvafiq sahədə qanunvericiliyin tələblərinin, ticarət şəbəkələrinin fəaliyyətinin, bu şəbəkələr və sahibkarlar arasında münasibətlərin, eləcə də KOB-ların iri ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinin müzakirə olunması məqsədilə keçirildiyini qeyd edib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında inkişaf edən ticarət şəbəkələrinin sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına, iqtisadiyyatın ümumi dinamikasına, istehsal sektorunun genişlənməsinə və sosial rifahın yüksəlməsinə müsbət təsirlərindən bəhs edib. Bildirilib ki, Agentlik tərəfindən şəffaf ticarət münasibətlərinin dəstəklənməsi və təşviqi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, bazar iştirakçıları ilə birbaşa dialoqlar aparılır. E.Bağırov ticarət şəbəkələrinin fəaliyyətində istehlakçı hüquqları və rəqabət qanunvericiliyinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi və maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOB-ların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOB-ların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd olunub ki, KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmlərindən bir neçəsi KOBİA tərəfindən təmin olunur. Bugünkü ictimai müzakirənin başlıca məqsədlərindən biri də məhz KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılmasını müzakirə etməkdir. Ticarət şəbəkələri ilə KOB-ların əməkdaşlıq üsullarının təkmilləşdirilməsi, regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. KOB-lar isə istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdırlar. Bu, KOB-ların ticarət şəbəkələri ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir. 
ASK-nın prezidenti Məmməd Musayev ticarət şəbəkələrinin məhsul satışı ilə yanaşı, qiymətlərin formalaşması, məhsul çeşidinin genişlənməsi və istehlakçının tələblərinin öyrənilməsində vacib rolunu, belə tədbirlərin ticarət şəbəkələrinin vəziyyəti, bu sahədə biznesin çətinliklərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Biznes     Tarix: 24 aprel 2025

Oxşar xəbərlər

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM


iqtisadi xeberler en son xeberler 1000 manatla biznes dollar məzənnəsi kicik biznes