"Konflikt Jurnalistikası Məktəbi"nin poliqon təlimi yekunlaşıb
"Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri" layihəsinin ikinci mərhələsi çərçivəsində hərbi hissələrdə və poliqonlarda keçirilən təlimlər başa çatıb.
"Report" xəbər verir ki, "Dinc Dünya" Araşdırma Mərkəzi"nin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi təlimə qoşulan jurnalistlərin ekstremal şəraitdə təcrübə keçdiyini qeyd edib:
"Təlim proqramını uğurla başa vurmaq üçün jurnalistdən fiziki və psixoloji möhkəmlik tələb edilir. Ekstremal dönəmdə düzgün qərar qəbul etmək, döyüş səhnəsindən informasiya toplama zamanı sağ qalmaq, redaksiyaya zamanında məlumat ötürmək üçün jurnalist hərbçi qədər hazırlıqlı olmalıdır. Təhlükəli və münaqişəli zonada çalışan media nümayəndəsi anındaca riskləri dəyərləndirməli, redaksiyaya sağ qayıtmağı bacarmalıdır".
Ə.Mehdi təlim boyu çətin situasiyalarla üzləşdiyini etiraf edib:
"Fiziki, psixoloji, nizam-intizam cəhətdən problemi olan bir neçə iştirakçı təlimi başa vura bilməyib. İlkin nəzərdə tutulan 28 nəfərdən poliqon təlimini 22 jurnalist uğurla bitirib. Onları hələ qarşıda ciddi imtahan da gözləyir. Bu jurnalistlərə toplanan balların nəticəsinə görə diplom və ya sertifikat veriləcək".
"Konflikt jurnalistikası məktəbi"ni (KJM) 2003-cü ildə "Dinc Dünya" Araşdırma Mərkəzi yaradıb. KJM davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər.
Təlim proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin digər tərəfdaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsidir.
KJM təlimlərinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib. Poliqon təlimi olan 2-ci mərhələsi iyulun 2-dən başlayaraq 10 gün müddətində Azərbaycan Ordusunun hərbi hissələrində və poliqonlarında ekstremal vəziyyətə yaxın səhnələşdirilmiş şəraitdə reallaşıb.
Yaxın günlərdə layihənin üçüncü mərhələsinə start veriləcək.





KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?