Konstitusiya Məhkəməsinin ipoteka qərarı: Bəs həyat sığortası borcu qarşılaya bilərmi?

Konstitusiya Məhkəməsinin ipoteka qərarı: Bəs həyat sığortası borcu qarşılaya bilərmi?Azərbaycan Konstitusiya Məhkəməsinin 23 mayda ipoteka krediti ilə bağlı dərc qərar dərc edib və bu qəsasən vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəməli olacaq.
Banker.az xəbər verir ki, qərarda Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığı bildirilir.
Eyni zamanda Mülki Məcəllə və "İpoteka haqqında" qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri zamanı həyat sığortası mütləq lazım olduğu qeyd edilir. Qeyd edilən sığorta növü həyatı və ya əmək qabiliyyətinizin itirilməsi halında şəxsin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənziliniz müştərinin mülkiyyətində (və ya onun varislərinin mülkiyyətində) qalacaqdır. Müştərinin kredit borcu isə tam ödəniləcək.
Konstitusiya Məhkəməsinin yeni qərarı kimlərə şamil olunur? Həyat sığortası olanların da vərəsələri ipoteka kreditlərini ödəyəcəklər?
Hüquqşunas Əkrəm Həsənov  açıqlamasında Konstitusiya Məhkəməsinin cəmiyyətdə çaşqınlıq yaradan ipoteka krediti qərarına aydınlıq gətirməklə bildirir ki, ipoteka daşınmaz əmlakın girovudur.
"Daşınmaz əmlak ev, torpaq, mənzil və avtomobildir. İpotekanı evini təmir etmək, biznes qurmaq və ya başqa nə isə etmək üçün götürə bilərsən. Bir sözlə hansı səbəblə götürülməsindən asılı olmayaraq, əmlakı bank kreditinə girov qoyursansa, bu, ipotekadır"- deyə, hüquqşünas Azvisona deyir.
Hüquqşünasa görə, ipoteka krediti isə elə bir növdür ki, bunu ev almaq üçün götürürsən və onu da girov qoyursan.
"Burada məqsəd biznes və başqa məqsədlər deyil. Bu krediti Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu verir. Lakin bəzi banklar da öz hesabına belə kreditlər verir. Kredit götürən zaman şəxsin həyat sığortasını bank tələb edə və etməyə bilər. Amma İpoteka və Kredit Zəmanət Fondu bunu hər zaman tələb edir. Çünki onun verdiyi kreditin müddəti uzundur və şəxsin ölmək ehtimalı var. Bu halda sabah həmin şəxs ölərsə, o pulu sığorta şirkəti ödəyəcək, əmlaka dəyilməyəcək və vərəsələrindən də heç nə istənilməyəcək –, Əkrəm Həsənov deyib. Eyni zamanda əlavə edib ki, "həyat sığortası başqa kreditlər üzrə də ola bilər".
Konstitusiya məhkəməsinin qərarı nə üçündür?
Azərbaycanda banklar tərəfindən verilən başqa kredit növlərində həyat sığortası tələb edilmir. Konstitusiya məhkəməsinin qərarı bu hallar üçündür və bu, yeni deyil.
"Məsələn, mən evimi başqasının krediti üçün girov qoyuram. Həmin şəxs krediti ödəyə bilməyəndə, bank məhkəməyə verir, evi hərraca çıxardıb satdırır və pulunu götürür. Krediti götürən ölərsə, yenə həmin porsudur olacaq. Konstitusiya Məhkəməsi bu kimi hallarda yaranan suala cavab verir.
İkinci məsələ, ölən şəxsin vərəsələri ilə bağlıdır. Vərəsə ölən şəxsin ailə üzvləri deyil, onun əmlakını, mirasını qəbul edəndir. Vərəsə ölən şəxsin borclarına görə qəbul etdiyi əmlak həddində məsuliyyətlidir. Ölən şəxsin 50 min borcu var, qoyduğu evin qiyməti isə 100 min manatdır. Onun 50 min borcunu verəcək. Amma əksinə, ölən şəxsin borcu 100 min, evinin qiyməti 50 mindirsə, bu zaman vərəsə onun 50 minlik hissəsini ödəyəcək. Qalan borc isə itir. Burada qeyri-adi heç nə yoxdur"- deyə, Əkrəm Həsənov deyib.
Sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı həyat sığortası olmayan hallarla yanaşı, məbləğin tam sığortalanmadığı kreditlərə də şamil olunur. "Yəni qərarda qalan kredit hissəsinin kimin verəcəyi sualına aydınlıq gətirilir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlərdə həyat sığortası məbləğə uyğun edilir. Lakin həyat sığortası götürülən məbləğdən az olduqda qalan hissə vərəsə tərəfindən ödənilir. Məsələn, şəxs 100 min manatlıq ipoteka götürüb və 50 minlik hissəsi üçün həyat sığortası elətdirib. Şəxs öldükdə 50 minlik hissə sığorta tərəfindən veriləcək, qalan borc isə artıq onun vərəsəsinə ötürülür. Vərəsə həmin borcu ödəməlidir".

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto