AccessBank "Access2Success" layihəsinə dördüncü dəfə start verdiyini elan edir

AccessBank ®AccessBank qadın sahibkarların biznes bacarıqlarını, idarəetmə qabiliyyətini və maliyyə savadlılığını artırmaq məqsədilə "Access2Success" layihəsinə növbəti dəfə start verdiyini elan edir. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşır.
Bu il iştirak üçün 300-ə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına əsasən 50 nəfər iştirakçı layihəyə qoşulub. Onlar biznes idarəçiliyi, liderlik, satış strategiyaları, marketinq kommunikasiyaları və hüquqi tələblər üzrə biliklərini artıracaqlar. Təlimləri təcrübəli yerli ekspertlər aparır.
Layihənin əsas məqsədi qadın sahibkarların biznes ekosistemində rolunu gücləndirmək, dayanıqlı biznes modelləri qurmaq bacarığını inkişaf etdirmək və qadın liderliyini təşviq etməkdir. "Access2Success" qadınların iqtisadi müstəqilliyinə və ölkənin inklüziv inkişafına töhfə verir.
"AccessBank artıq 23 ildir ki, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Qadın sahibkarlığın təşviqi isə bu istiqamətdə əsas prioritetlərimizdəndir. Hazırda biznes portfelimizin təxminən 20%-i qadınlar tərəfindən idarə olunan bizneslərdən ibarətdir. "Access2Success" layihəsinin dördüncü dəfə həyata keçirilməsi bu sahədəki strateji öhdəliyimizin davamıdır. Layihə qadınlara bilik və bacarıqlarını inkişaf etdirmək, biznesdə və iqtisadiyyatda daha aktiv rol almaq imkanı yaradır", – deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
"Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AYİB-in əsas prioritetlərindəndir. Biz bu istiqamətdə maliyyə həlləri ilə yanaşı, fərdi məsləhət və təlimlər də təklif edirik. AYİB-in Kiçik Bizneslər üçün Məsləhət Proqramı (Advice for Small Businesses) şirkətlərin rəqabət qabiliyyətini və innovasiyaya açıq olmasını gücləndirir. Qadın sahibkarları bilik, maliyyə və şəbəkə imkanları ilə dəstəkləyən "Qadınlar Biznesdə" (Women in Business) təşəbbüsümüzlə qürur duyuruq. AccessBank ilə birgə keçirilən təlimlər bu öhdəliyimizin bariz nümunəsidir. Avropa İttifaqına dəstəyə və maliyyələşdirməyə görə təşəkkür edirik," – deyə Assosiasiya Direktoru, AYİB-in Qafqazda Maliyyə İnstitutları üzrə Biznes Rəhbər Mixail Qreçixo qeyd edib.
"Access2Success" layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək 160-dan çox qadın sahibkar proqramda iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən qadınlar layihə çərçivəsində altı həftəlik intensiv təlimlərdə praktik biliklər qazanıblar.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank AccessBank / banker.az

Banklar     Tarix: 04 noyabr 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes