Kredit Həyat Sığortası kimlər üçündür? - Müsahibə

Kredit Həyat Sığortası kimlər üçündür? - MüsahibəKredit Həyat Sığortası kredit götürən və kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur. İstehlak krediti götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu həyat sığortası tərəfindən ödənilir. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan kredit borcunuza görə məsuliyyət daşımaqdan azad edir.
Qeyd edək ki, bu məhsul müştərilərə könüllü qaydada təklif olunur. Son zamanlar ölkədə həyat sığortasına maraq artıb. Bu səbəblə, Kredit Həyat Sığortası ilə bağlı suallarımızı "PAŞA Həyat Sığorta" şirkətinin əməkdaşı Cəlil Əliyev cavablandırır.

Cəlil bəy, Kredit Həyat Sığortası nədir və nələrə təminat verir?
- Kredit həyat sığortası - kredit götürən şəxsin həyatını sığortalayan məhsuldur. Əgər kredit müddətində sığortalı şəxs vəfat edərsə və ya əlillik halı baş verərsə, onun banka olan qalıq kredit borcu sığorta şirkəti tərəfindən ödənilir. Məqsəd, ailənin və ya yaxınların bu borc yükünü miras olaraq almamasıdır.

Azərbaycanda kredit həyat sığortası bazarının hazırkı vəziyyəti necədir?
- 2024-cü ildə Mərkəzi Bank tərəfindən bu məhsulla bağlı qaydalarda edilən dəyişikliklər kredit həyat sığortasını müştərilər üçün daha da əlçatan və maraqlı etdi. Artıq hər gün daha çox insan kredit götürərkən eyni zamanda öz həyatını və sağlamlığını da sığortalayır.
Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün banklardan kredit götürən zaman və ya əvvəl götürülmüş kreditlər üzrə bu sığortanı əldə etmək mümkündür. Bu praktika uzun illərdir ipoteka kreditlərində tətbiq edilirdi, indi isə istehlak kreditləri üzrə də geniş yayılmaqdadır.
Biz, PAŞA Həyat olaraq son 3 il ərzində vəfat etmiş və ya əlillik halı yaranmış müştərilərimizin 3 milyon manatdan çox ipoteka krediti borcunu ödəyərək, həm müştərilərimizin, həm də onların ailələrinin yanında olmuşuq.

Cəmiyyətdə bu sığorta ilə bağlı bəzi suallar yaranır. Onlara maraqlıdır ki, bu məhsul müştərini krediti ödəməmə halından sığortalayır ya kredit götürənin həyatı sığorta olunur?
- Bu məhsul krediti ödəyə bilməmək halını deyil, yalnız həyatla bağlı ciddi hadisələri - yəni vəfat və əlillik hallarını əhatə edir. Əgər bu hallardan biri baş verərsə, qalan borc sığorta şirkəti tərəfindən ödənilir. Borcun müvəqqəti olaraq ödənilməməsi, işsiz qalmaq və ya digər hallar bu sığorta növünün təminatına daxil deyil.

Ümumilikdə bu proses necə baş verir? Müştəri nə qədər sığorta haqqı ödəyir?
- Sığorta haqqı kredit məbləğindən və müştərinin yaşından asılı olaraq hesablanır. Amma bu məbləğ, ümumilikdə, çox sərfəlidir. Məsələn, 30 yaşlı bir şəxs üçün 10 000 AZN kredit üzrə sığorta haqqı təxminən 20 AZN civarında olur. Bu, həm maliyyə, həm də psixoloji baxımdan böyük rahatlıq deməkdir.

Cəlil bəy, bəs kredit həyat sığortasını kimlər əldə edə bilər?
- Bu sığortanı müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, 18-65 yaş aralığında olan bütün fiziki şəxslər əldə edə bilər.

Kredit götürən şəxs vəfat edərsə, onun kreditini kim ödəməlidir?
Əgər kredit həyat sığortası varsa - borc sığorta şirkəti tərəfindən ödənilir.
Əgər bu sığorta yoxdursa - borc varislərə keçir, yəni ailə üzvləri krediti ödəməklə məsuliyyət daşıyır. Bu isə ailənin gözlənilməz şəkildə maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər.

Sığorta haqqının təyinində müştərinin yaşı, sağlamlıq vəziyyəti və digər fərdi xüsusiyyətlər necə nəzərə alınır?
Yaş, kredit məbləği, kredit müddəti kimi məlumatlar əsas götürülür. Amma bu proses çox sadədir - əlavə tibbi sənəd və ya mürəkkəb prosedur tələb olunmur. Müştəri üçün rahat və vaxt aparmayan bir şəkildə həyata keçirilir.

Sığorta hadisəsi baş verəndə hansı prosedurlar həyata keçirilir?
Əgər sığortalı şəxs vəfat edərsə və ya əlillik halı yaranarsa, bu barədə sığorta şirkətinə məlumat verilir. PAŞA Həyat-a ölüm və ya əlillik faktını sübut edən sənədi təqdim olunur. Sənədlər təqdim edildikdən sonra çox qısa müddətdə ödəniş həyata keçirilir. Proses tam şəffaf və sadələşdirilmiş şəkildə qurulub ki, ailələr əlavə vaxt və stress sərf etmədən dəstək ala bilsinlər.

Maraqlı     Tarix: 06 yanvar 2026

Oxşar xəbərlər

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Beyin sizi yenə də aldadacaq: Daniel Kaneman koqnitiv təhriflər haqqında

Daniel Kanemana qədər alimlər insanların yalnız rasional davrandığını düşünürdülər. Lakin o, bu nəzəriyyənin qəti tənqidçisi idi. Onilliklərini eksperimentlərə sərf edən Kaneman beynin qərəzli olduğunu, insanların isə koqniti

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler bu gunun xeberleri bitcoin qiymeti biznes xeberleri valyuta xeberleri