Kreml Rusiya neftinə qiymət həddi qoyan müqavilələrin taleyinə aydınlıq gətirib
Rusiya Prezidenti Vladimir Putinin neftin qiymət həddi qoyulmasına cavab tədbirləri haqqında fərmanı, həmin qiymət həddinə birbaşa və ya dolayısı yolla istinad edən mövcud müqavilələrə də aiddir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əgər orada hansısa qiymət həddinə istinad varsa, təbii ki sanksiya tətbiq ediləcək. Bu, qəbuledilməzdir. Amma qiymət həddinə istinad yoxdursa, o zaman tətbiq edilməyəcək", – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, dekabrın 5-də Qərbin Rusiya neftinin yuxarı həddinin müəyyən olunması ilə bağlı sanksiyaları qüvvəyə minib. Belə ki, Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Aİ isə Rusiya neftinin dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət limiti qoyublar Sanksiyaya görə, bu qiymətdən baha olan Rusiya neftinin daşınması və sığortası qadağan olunub.
Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin Rusiya neftinə qiymət həddi tətbiq edən ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan edən fərman imzalayıb. Üstəlik, qadağa son alıcıya tədarükün bütün mərhələlərində tətbiq edilir. Fərmanın neftlə bağlı hissəsi fevralın 1-dən qüvvəyə minir, neft məhsulları hissəsinin qüvvəyə minəcəyi tarixi hökumət bir qədər sonra müəyyən edəcək. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Whatsapp biznesin üstünlükləri nələrdir?
CV hazırlayarkən buraxılan 5 səhv
İban nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Biznesə aid ən yaxşı 10 kitab