Kriptobirja FTX-in təsisçisi və sabiq rəhbərinin həbs edildiyi bildirilir
FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş baş icraçı direktoru (CEO) Sem Benkman-Fridin ABŞ-ın cinayət işi üzrə şikayətindən sonra Baham adalarında həbs edildiyi bildirilir. Bu barərədə Banker.az xarici KİV-ə istinad edir.
Baham adalarının baş prokuroru Rayan Pinderin verdiyi yazılı açıqlamada FTX-in keçmiş CEO-su Bankman-Friedin Baham adaları polisi tərəfindən həbs edildiyi qeyd edilib.
Açıqlamada Benkman-Fried-in həbsinin ABŞ-ın cinayət şikayəti və mümkün ekstradisiya tələbi ilə bağlı rəsmi bildirişindən sonra edildiyi bildirilib.
"Baham adaları və Birləşmiş Ştatlar FTX ilə əlaqəsi olan, ictimai etimadı aldatmış və qanunu pozmuş hər hansı bir şəxsi məsuliyyətə cəlb etməkdə ümumi maraqlara malikdir"- deyə, Baham adalarının baş naziri Filip Davis deyib.
FTX noyabr ayında ABŞ-da müflis olmaq üçün müraciət etdi və şirkətin baş direktoru Sem Benkman-Frid istefa verdi.
Kriptovalyuta birjası FTX, rəqibi və dünyanın ən böyük kriptovalyutası "Binance" ilə problemlərdən sonra likvidlik problemləri yaşamağa başladı.
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"
Bitkoin ucuzlaşa bilər - Proqnoz
Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08