Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləri

Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləri2025-ci ildə dollar milyarderlərinin qlobal reytinqinə yaşı 30-dan aşağı olan 20 nəfər daxil olub, onlardan yalnız ikisi sərvətini müstəqil şəkildə qazanıb – digərləri kapitalı miras şəklində alıb. 
Qlobal "Forbes" reytinqində gənc milyarderlərin sayı 15 nəfərdən 20 nəfərə yüksəlib, onlardan altısı yeni gələnlərdir. Üçü Almaniyanın ən zəngin ailələrindən birini, illik gəliri 27.7 milyard dollar olan "Boehringer Ingelheim" əczaçılıq şirkətini idarə edən Berinqer və von Baumbax ailələrini təmsil edir. Daha iki yeni gələn şəxs öz sərvətlərini təkbaşına qazanıb: 28 yaşlı Aleksandr Van ("Scale AI" süni intellekt startapının yaradıcısı) və 29 yaşlı Ed Kreyven ("Stake" adlı kriptokazinonun həmtəsisçisi).
Siyahı 1 aprel 2025-ci il tarixinə iştirakçıların yaşına görə sıralanıb.
İohannes von Baumbax, "Boehringer Ingelheim" əczaçılıq şirkətinin sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 19
Sərvətinin mənbəyi: əczaçılıq
Ölkə: Almaniya
Sərvəti: 5.4 milyard dollar
Alman əczaçılıq şirkəti "Boehringer Ingelheim" 1885-ci ildə Albert Berinqer tərəfindən təsis edilmişdir. Təxminən 140 il sonra Berinqer ailəsi 27.7 milyard dollar gəlirlə Almaniyanın ən böyük dərman istehsalçısını idarə etməyə davam edir. Berinqer ailəsinin sərvəti 43 milyard dollar olaraq qiymətləndirilir.
Liviya Voyt, elektrik mühərrik istehsalçısı WEG-in ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 20
Sərvətinin mənbəyi: elektrik mühərrik istehsalı
Ölkə: Braziliya
Sərvəti: 1.2 milyard dollar
Liviya Voyt — 1961-ci ildə tərəfdaşları ilə birlikdə dünyanın ən böyük elektrik mühərrik istehsalçılarından birinə çevrilən WEG şirkətini quran Verner Voytun ən kiçik nəvəsidir. Voyt 2016-cı ilin yayında 86 yaşında vəfat edib. Liviya WEG səhmlərinin 3.1%-ni və "milyonlarla" dividend alıb. Şirkətin 2024-cü ildə gəliri 37.5 milyard dollar təşkil edib.
Klemente del Vekkio, "Ray Ban" və "Oakley" eynək şirkətinin ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 20
Sərvətinin mənbəyi: eynək və linza istehsalı
Ölkə: İtaliya
Sərvəti: 6.6 milyard dollar
Klemente del Vekkio sərvətini 2022-ci ildə atası, dünyanın ən böyük eynək və linza istehsalçısı "Luxottica"nın qurucusu Leonardo del Vekkionun ölümündən sonra əldə edib. Klementenin sərvəti bir il ərzində 1.9 milyard dollar artıb. O, Milanda yaşayır.
Kim Jung-yun, onlayn oyun tərtibatçısı "Nexon"un ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 21
Sərvətinin mənbəyi: videooyun istehsalı
Ölkə: Cənubi Koreya
Sərvəti: 1.3 milyard dollar
Kim Jung-yun və onun bacısı Kim Jung-min onlayn oyun şirkəti "Nexon"da 9% paya sahibdir. Onların atası Kim Jung-ju 2022-ci ilin yazında 54 yaşında vəfat edib. İndi bacılar 36.7% səhmə malikdir. Qeyd edək ki, "Nexon" şirkəti 1994-cü ildə təsis edilib.
Kevin David Lehmann, "Drogerie Markt" apteklər şəbəkəsinin sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 22
Sərvətinin mənbəyi: apteklər şəbəkəsi
Ölkə: Almaniya
Sərvəti: 3.6 milyard dollar
2017-ci ildə 14 yaşlı Kevin David Lehmann alman kosmetika və sağlamlıq məhsulları şəbəkəsinin (Drogerie Markt) səhmlərinin 50%-ni atasından alıb. Lehmann yetkinlik yaşına çatana qədər onun sərvəti etimad idarəçiliyində olub. 2021-ci ildə "Forbes" 18 yaşına çatmış Lehmannı ən gənc milyarder seçib. "Drogerie Markt"ın Avropada 4000-dən çox nöqtəsi var,  2024-cü ildə şirkət 19 milyard dollardan çox gəlir əldə edib.
Remi Dasso, "Dassault Aviation" aviasiya holdinqinin ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 23
Sərvətinin mənbəyi: təyyarə istehsalı
Ölkə: Fransa
Sərvəti: 2.8 milyard dollar
Remi — 1986-cı ildə 94 yaşında vəfat edən fransız aviasiya mühəndisi Marsel Blokun (1945-ci ildən sonra soyadını Dasso olaraq dəyişib) nəticəsidir. Şirkət hərbi təyyarələr və "Falcon" biznes təyyarələri istehsal edir. Dasso ailəsinin sərvəti 33.6 milyard dollar olaraq qiymətləndirilir.
Frans von Baumbax, "Boehringer Ingelheim" əczaçılıq şirkətinin sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 23
Sərvətinin mənbəyi: əczaçılıq
Ölkə: Almaniya
Sərvəti: 5.4 milyard dollar
"Boehringer Ingelheim" əvvəlcə qida sənayesi üçün şərab turşusu istehsal edib, lakin 20-ci əsrin əvvəllərində əczaçılıq sənayesinə keçib. Frans von Baumbaxın biznesdəki rolu və digər varislərlə ailə bağları məlum deyil.
Maksim Tebar, təmir alətləri istehsalçısı "Gonzalez Tebar"ın ortaq sahibi
Yaş: 23
Sərvətinin mənbəyi: zəncirli mişarlar
Ölkə: Almaniya
Sərvəti: 1.1 milyard dollar
"Gonzalez Tebar" şirkəti 1978-ci ildə Xose Edmundo Qonzales Tebar tərəfindən təsis edilib. Şirkət tikinti, metallurgiya, sənaye, avtomobil sənayesi, bağçılıq və s. üçün alətlərin təmiri və satışı ilə məşğuldur. Yarandığı gündən biznesə Tebar ailəsi rəhbərlik edir.
Luka del Vekkio, "Ray Ban" və "Oakley" şirkətinin ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 23
Sərvətinin mənbəyi: eynək və linza istehsalı
Ölkə: Böyük Britaniya
Sərvəti: 6.6 milyard dollar
Luka — dünyanın ən böyük eynək və linzalar istehsalçısı "Luxottica"nın qurucusu Leonardo del Vekkionun digər oğludur. Luka qardaşı Klemente kimi "Luxottica"nın sahibi olan "Delfin" holdinqinin 12.5% -nə sahibdir. Luka "Luxottica"nın işində iştirak etmir.
Kim Jung-min, onlayn oyun tərtibatçısı "Nexon"un ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 23
Sərvətinin mənbəyi: videooyun istehsalı
Ölkə: Cənubi Koreya
Sərvəti: 1.3 milyard dollar
Kim Jung-min — koreyalı milyarder Kim Jung-junun ikinci qızıdır. O və bacısı onlayn oyun tərtibatçısı "Nexon"un təxminən 9%-nə sahibdirlər. Kim Jung-min şirkətin idarəçiliyində iştirak etmir.
Zahan Mistri, "Shapoorji Pallonji Group" tikinti holdinqinin top-meneceri
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 26
Sərvətinin mənbəyi: tikinti və investisiya
Ölkə: Hindistan
Sərvəti: 4 milyard dollar
Zahan Mistri 2022-ci ilin sentyabrında avtomobil qəzasında həlak olan hind əsilli irlandiyalı iş adamı Sayrus Mistrinin oğludur. Zahan Böyük Britaniyanın Uorvik Universitetini bitirib. "SP Group" 1865-ci ildə Mumbayda Zahan Pallonji Mistrinin əcdadı tərəfindən təsis edilib.
Dora Voyt de Assis, elektrik mühərriki istehsalçısı WEG-nin ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 27
Sərvətinin mənbəyi: elektrikli mühərrik istehsalı
Ölkə: Braziliya
Sərvəti: 1.2 milyard dollar
Dora Voyt de Assis 2016-cı ildə dünyasını dəyişən dünyanın aparıcı elektrik mühərrikləri istehsalçısı WEG-in həmtəsisçisi Verner Voytun böyük nəvəsidir. O, 20 yaşlı bacısı Liviya kimi şirkətin 3.1%-ni miras alıb. WEG mühərriklərini 135-dən çox ölkəyə ixrac edir. Şirkətin Hindistan, Çin və ABŞ daxil olmaqla 10-dan çox ölkədə fabrikləri var.
Maksimilian von Baumbax, "Boehringer Ingelheim" əczaçılıq şirkətinin ortaq sahibi
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 27
Sərvətinin mənbəyi: əczaçılıq
Ölkə: Almaniya
Sərvəti: 5.4 milyard dollar
"Boehringer Ingelheim" — Berinqer, Librext və von Baumbax ailələrinə məxsus özəl şirkətdir. Şirkətin baş ofisi Almaniyanın İngelheim-am Rayn şəhərində yerləşir. "Boehringer Ingelheim" tənəffüs sistemi, onkologiya, mərkəzi sinir sistemi və s. ilə əlaqəli xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edir.
Firoz Mistri, "Shapoorji Pallonji Group" tikinti holdinqinin top-meneceri
Kriptokazino və AI: 2025-ci ildə dünyanın ən gənc milyarderləriYaş: 28
Sərvətinin mənbəyi: tikinti və investisiya
Ölkə: Hindistan
Sərvəti: 4 milyard dollar
Firoz Mistri — 2022-ci ildə vəfat edən iş adamı Sayrus Mistrinin böyük oğludur. Bu, onların babası, "Tata" konqlomeratının keçmiş sədri Pallonji Mistrinin 93 yaşında vəfat etməsindən üç aydan az bir müddət sonra baş verib. Qardaşlar 4.6% "Tata" səhmlərini və 25% "SP Group" səhmlərini miras alıblar.
Mistri ailəsinin sərvəti 2024-cü ildə 41.4 milyard dollar olaraq qiymətləndirilib.
Aleksandra Andresen, "Ferd" investisiya şirkətinin ortaq sahibi
Yaş: 28
Sərvətinin mənbəyi: investisiya şirkəti
Ölkə: Norveç
Sərvəti: 1.9 milyard dollar
Aleksandra Andresen və onun böyük bacısı Katarina 2007-ci ildə atalarından Norveçin "Ferd" investisiya şirkətinin 42%-ni alıblar. Hələ 2016-cı ildə Aleksandra "Forbes" tərəfindən ən gənc milyarder seçilib.
Andresen "Ferd" şirkətinin idarə heyətindədir. Bundan əlavə, o, yeniyetmələr arasında üçqat Norveç çempionudur və Osloda yetişdirmə və təlim şirkəti "Andresen Dressage"i idarə edir.
Aleksander Van, "Scale AI" süni intellekt startapının yaradıcısı
Yaş: 28
Sərvətinin mənbəyi: süni intellekt
Ölkə: ABŞ
Sərvəti: 2 milyard dollar
Aleksander Van 2016-cı ildə əsası qoyulmuş "Scale AI" şirkətinin baş direktorudur. Şirkət süni intellekt tətbiqlərini öyrətmək üçün biznesləri yüksək keyfiyyətli məlumatlarla təmin edir. Onun müştəriləri sırasında "OpenAI", "Microsoft" və "Cisco" var. Nyu-Meksikoda anadan olan Van 17 yaşında Silikon Vadisindəki "Addepar" şirkətinə mühəndis kimi işə düzəlib və tezliklə "Quora" məlumat mübadiləsi xidmətinə keçib. 19 yaşında Van "Scale AI"nı işə salmaq üçün universitetdən ayrılıb. "Forbes" Vanın biznesin 15%-nə sahib olduğunu yazır.
Ed Kreyven, "Stake" adlı kriptokazinonun həmtəsisçisi
Yaş: 29
Sərvətinin mənbəyi: onlayn kazino
Ölkə: Avstraliya
Sərvəti: 2.8 milyard dollar
Ed Kreyven partnyor Bijan Tehrani ilə birlikdə 2017-ci ildə dünyanın ən böyük kriptovalyuta ilə işləyən onlayn kazinosu sayılan "Stake"i təsis edib. Pandemiya zamanı şirkət "Twitch" istifadəçilərinə oyunlarını yayımlamaq üçün "milyonlar" ödəməyə başlayıb, bu da kripto kazinonun gəlirini iki il ərzində 100 milyon dollardan 2 milyard dollaradək artırıb.
Leonardo Maria del Vekkio, "Ray Ban" və "Oakley" şirkətlərinin ortaq sahibi
Yaş: 29
Sərvətinin mənbəyi: eynək və linza istehsalı
Ölkə: İtaliya
Sərvəti: 6.6 milyard dollar
Leonardo Maria — mərhum Leonardo del Vekkionun ikinci həyat yoldaşı Nikoletta Zampillodan olan yeganə övladıdır. O, atasının qurduğu "Luxottica" şirkətinin strateji inkişafına rəhbərlik edir. Leonardo Maria həm də İtaliyanın "Salmoiraghi & Viganò" optik şəbəkəsinin baş direktoru vəzifəsini tutur. Leonardo Marianın sərvəti bir il ərzində 1.9 milyard dollar artıb.
Katarina Andresen, "Ferd" investisiya şirkətinin ortaq sahibi
Yaş: 29
Sərvətinin mənbəyi: investisiya şirkəti
Ölkə: Norveç
Sərvəti: 2 milyard dollar
Katarina Andresen kiçik bacısı Aleksandra kimi "Ferd" investisiya şirkətinin 42%-nə sahibdir. İndi ailə bütün diqqətini daşınmaz əmlaka və özəl biznesə investisiya edən "Ferd" investisiya şirkətinə yönəldib. Katarina "Ferd"in direktorlar şurasının üzvüdür.
Sofi Luiz Filmann, eynək istehsalçısı "Fielmann Group"un ortaq sahibi
Yaş: 30
Sərvətinin mənbəyi: eynək və linza istehsalı
Ölkə: Almaniya
Sərvəti: 2.8 milyard dollar
Sofi Luiz Filmann 2024-cü ildə 84 yaşında vəfat edən "Fielmann Group" eynək şirkətinin qurucusu Günter Filmannın qızıdır. Bu gün "Fielmann" mağazaları Almaniya, Fransa, İspaniya və digər ölkələrdə yerləşir. Atasının ölümündən sonra Sofi qardaşı ilə birlikdə elm, incəsənət, mədəniyyət və s. sahələrdə layihələri dəstəkləyən xeyriyyə fondu yaradıb. / banker.az

Maraqlı     Tarix: 03 aprel 2025

Oxşar xəbərlər

Dünya iqtisadiyyatı gözlədiyimizdən daha dayanıqlı olub

Trampın tarifləri bir çoxlarının gözlədiyi kimi güclü qarşılıqlı reaksiyaya səbəb olmadı. 2025-ci il qlobal ticarətin dağılması ili olmadı. Lakin ticarət dəyişdi — mürəkkəb və qeyri-bərabər şəkildə:. bəzi dəyişikliklər müvəqqətidi

Donald Tramp ABŞ iqtisadiyyatına neçəyə başa gəlir? — The Economist

Donald Trampın Ağ evə qayıdışından sonra ABŞ iqtisadiyyatı inkişaf etmiş ölkələrin əksəriyyətindən daha güclü görünməyə davam edib. 2025-ci ildə ABŞ ÜDM-i 2,1% artdığı halda, Böyük Britaniya, Fransa və Yaponiya iqtisadiyyatlar

Silahlanma kursu: Almaniya iqtisadiyyatı istiqamətini dəyişir

Avtomobil sənayesi və ağır maşınqayırma tənəzzül yaşadığı bir vaxtda Berlin zavodları, işçi qüvvəsini və kapitalı Avropanın yenidən silahlanmasına yönəldir. BERLİN. İxrac modelinin sıradan çıxması fonunda Almaniya avtomobillərdə

Yaponiya onilliklərdir enerji böhranına hazırlaşır. Bu kifayət edəcəkmi?

1973-cü ildə baş vermiş neft şoku zamanı üzə çıxan xarici enerji tədarükündən asılılıq artıq yarım əsrdən çoxdur ki, Yaponiyanın enerji siyasətini formalaşdırır. Daxili enerji resursları məhdud olan və dünyanın ən böyük sənay

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat

Mark Tvenin metodu: yanılmamaq üçün düşüncəni necə yoxlamaq olar

Mark Tvenin yaradıcılığının təhlili göstərir ki, onun əsas qəhrəmanları həmişə yaşadıqları mühitin yanlış mənəviyyatına qarşı çıxıblar. Mark Tven bir dəfə qeyd etmişdi ki, çoxluğun tərəfində olduğunu gördüyün an dayanma

Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək

Azərbaycanda 13 yaşlı bank olmayan kredit təşkilatı "Effektinvest" MMC rebrendinq edərək bazarda yeni adla çıxış edəcək. Bu barədə -a daxil olan məlumatda bildirilir. Belə ki, səhmdarların Ümumi Yığıncağının qərar

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan "cini şüşədən buraxıb", deyəsən

Bəşəriyyət tarix boyu təbii intellektdən üstün fövqəl intellektlə bağlı müxtəlif ideyalar və fərziyyələr irəli sürmüş, xəyallar qurmuş və zəngin fantastik nümunələr yaratmışdır. Mifologiyada uçan xalçalar, sehrli xalatla


iqtisadi xeberler leobank kart biznes xeberleri dollarin kursu bu gun 1000 manatla biznes