Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri açıqlanıb
Bu ilin iyul ayında kriptovalyuta bazarında mühüm hadisələr baş verib. İyulun 3-dən etibarən bitkoin son 4 ay ərzində ümumilikdə 25 % dəyər itirərək 53 min ABŞ dollarına enib. Bitkoinin bu cür enişi ilə yanaşı, digər altkoinlər də ciddi dəyər itirib.
Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev bu vəziyyətin əsas səbəblərini izah edib.
Onun sözlərinə görə, əsas iki fundamental səbəb olub:
"Birincisi, "Mt. Gox" kriptovalyuta birjasının kompensasiya ödənişləri ilə bağlıdır. 2014-cü ildə iflas edən və dünyanın ilk və ən populyar bitkoin birjalarından biri olan "Mt. Gox"un istifadəçilərinə kompensasiya ödənişlərinin elan edilməsi, kriptovalyuta bazarına təsir edən əsas faktorlardan biridir. "Mt.Gox" haker hücumu nəticəsində 850 min BTC-dən çox itkisi olduğu üçün 2014-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Bunlardan təxminən 200 min BTC sonradan bərpa edilib. Bu hadisədən sonra 24 mindən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyirdi. Hazırkı vəziyyətdə müştərilərə 142 min bitkoin, 143 min bitkoin "cash" və 69 milyard yapon yen ödəniləcəyi vəd edilib. Bu təzminat ödənişi prosesi Bitbank, SBI VC Trade, Bitstamp, Kraken, BitGo birjaları vasitəsilə həyata keçiriləcək. Bu aktivlərin geri qaytarılması bazarda kütləvi satışlara səbəb olacağı ehtimalını yaradıb və kriptovalyuta bazarında qiymətlərə mənfi təsir göstərib. Bu vəziyyət psixoloji faktora əsaslanır və sadəcə ön satış xəbərinin bazara necə təsir edəcəyinin bir nümunəsidir".
Ekspertin sözlərinə görə, ikinci əsas fundamental səbəb Almaniya hökumətinin bitkoinlərin satışı qərarı ilə bağlıdır: "Almaniya hökumətinin müsadirə edilmiş 38 826 BTC-ni satmaq qərarı, kriptovalyuta bazarına mənfi təsir edən digər əsas amildir. Bu xəbərin "Mt. Gox" birjasının kompensasiya ödənişləri elan edildiyi vaxtla üst-üstə düşməsi, bazardakı panikanı artırıb və qiymətlərin enməsini daha da sürətləndirib".
E.Quliyev bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin, iyulun 10-da Senatda çıxışı zamanı, bitkoinin yenidən 59 min ABŞ dollarını keçməsinə səbəb olub: "C.Pauel, Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır. C.Pauel bildirib ki, son aylarda inflyasiya yaxşılaşır ki, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu, yaxın aylarda faiz dərəcəsinin aşağı endirilməsi ehtimalını artırır. FED-in faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiyməti qalxacaq".
Nəticə olaraq, onun sözlərinə görə, kriptovalyuta bazarında baş verən bu hadisələr bazarın gələcəkdə necə inkişaf edəcəyinə dair vacib ipucları verir: "Mt. Gox" birjasının kompensasiya ödənişləri və Almaniya hökumətinin satış qərarı, bazarda qısamüddətli panika yaratmış və qiymətlərin enməsinə səbəb olub. Bununla yanaşı, FED-in monetar siyasətindəki dəyişikliklər, bazarda müsbət dinamikanın yenidən yaranmasına səbəb ola bilər. Kriptovalyuta bazarının gələcək perspektivlərini dəyərləndirərkən, bu cür fundamental hadisələri nəzərə almaq vacibdir". / banker.az

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Start-up nədir?
Startup nədir və necə olur?