Kriptovalyuta bazarındakı enişin səbəbləri nələrdir?

Kriptovalyuta bazarındakı enişin səbəbləri nələrdir?Kriptovalyuta bazarında son bir həftə ərzində qiymətlərin düşməsinə təsir edən əsas faktorlar Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsinin artırılması ilə bağlı çıxan xəbərlərdir.
Bu barədə kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib.
Onun sözlərinə görə, ABŞ-da işsizlik səviyyəsinin artması müşahidə olunur, istehlak qiymətlərinin artması davam edir və bu da məcbur edir ki, FED gələcəkdə dolları daha da gücləndirsin.
"Güclənən dollar paralel olaraq təkcə kriptovalyuta bazarına təsir etməyib, hətta qızıl, neft və fond indeksinin, aktivlərinin enməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, ABŞ dollar indeksi artıqca bitcoinin qiymətinə təsir edir. Bitkoinin qiyməti düşdükcə digər altkoinlərin qiymətinə təsir edir. Hesab edirəm ki, yaxın aylarda bitkoinin qiyməti 17 min –16.2 min ABŞ dolları aralığına düşdüyünü görə bilərik", – E.Quliyev qeyd edib.
Ekspert bitkoinin qiymətinin artmasının ikinci ssenari üzrə, yəni yüksək qiymətin maksimum həddi 21-23 min ABŞ dolları arası ola biləcəyini vurğulayıb:
"Bir məqamı aydın anlamaq lazımdır, nə qədər ki, FED dolları gücləndirməyə çalışacaq, kriptovalyutaların qiymətinin qalxma ehtimalı aşağı olacaq. Müvəqqəti olaraq qiymətlərin qalxmasını müşahidə etsək də, bu, real qalxma olmayacaq. Bu bir tələ ola bilər. Adətən böyük düşmədən öncə qiymətlərdə artım olur və istifadəçiləri inandırmağa çalışırlar ki, kriptovalyutaları almaq zamanıdır".
Qeyd edək ki, hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 19.656 min ABŞ dollardır. İkinci və üçüncü yerdə isə "Ethereum" 1 336 ABŞ dolları və "Tether" 1 000 ABŞ dolları ilə qərarlaşıb. / banker.az

Kriptovalyuta     Tarix: 18 oktyabr 2022

Oxşar xəbərlər

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

Bitkoin ucuzlaşa bilər - Proqnoz

Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08


iqtisadi xeberler valyuta mezennesi telefonla pul qazanmaq dollarin kursu bu gun dollar məzənnəsi