Kriptovalyuta bazarının kapitallaşması 1 trln. dollardan aşağı düşüb
Bitkoinin hazırkı məzənnəsi 20 min dollardan aşağı düşüb və 19.1 min dollar təşkil edib ki, bu da iyunun 18-indən bəri ən aşağı göstəricidir. "CNBC"nin məlumatına görə, son bir neçə həftə ərzində bitkoinin və digər kriptovalyutaların rekord ucuzlaşması qlobal kriptovalyuta bazarının ümumi kapitallaşmasının 1 trilyon dollardan aşağı düşməsinə səbəb olub.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Telekanaldan müsahibə götürən analitiklər kriptovalyutaların ucuzlaşmasını FED-in antiinflyasiya tədbirləri nəticəsində dolların möhkəmlənməsi, eləcə də qlobal iqtisadiyyatın yaxın perspektivləri ilə bağlı investorların pessimizminin artması ilə izah edirlər. İqtisadiyyatda risklər artdıqca, investorlar vəsaitləri kriptovalyutalar kimi tez-tez dəyişən və riskli aktivləri deyil, daha sabit olan dolları seçirlər.
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" yenidən 80 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib