Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyət investisiya məqsədilə kriptovalyutanın uzun müddət saxlanılması deyil, P2P ticarəti zamanı kriptovalyuta müxtəlif fiziki şəxslərdən alınır və qısa müddətdə digər şəxslərə satılır. Əməliyyatlar əsasən sabit məzənnəli aktivlər ilə aparılır və hər əməliyyatdan əldə olunan xalis mənfəət təxminən 1-3 qəpik təşkil edir. Buna görə də bank hesabında yüksək dövriyyə yaransa da faktiki qazanc çox az olur. 
Bu şəxslər ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləcək
Bu fəaliyyətlə bağlı məlumat verməyinizi xahiş edirəm. Gün ərzində mütəmadi qaydada həyata keçirilən P2P alğı-satqı fəaliyyəti qeyri-sahibkarlıq, yoxsa sahibkarlıq fəaliyyəti hesab olunur? VÖEN alarkən hansı iqtisadi fəaliyyət növü (fəaliyyət kodu) seçilməlidir? Bu fəaliyyət üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq mümkündür, yoxsa gəlir vergisi rejimində aparılmalıdır? P2P əməliyyatlarında vergiyə cəlb edilən məbləğ bank hesabına daxil olan ümumi dövriyyə, yoxsa alış və satış qiymətləri arasındakı xalis mənfəətdir? Bu fəaliyyət üzrə məcburi dövlət sosial sığortası və icbari tibbi sığorta haqları necə və hansı dərəcələrlə hesablanır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə), - əməkhaqqından başqa, - onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN almalı və əldə olunan gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidirlər. Gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.
Əlavə olaraq bildirilib ki, vergi ödəyicisi tərəfindən kriptovalyuta alğı-satqısı üzrə həyata keçirilən nağdsız ödəniş əməliyyatları, Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, açılmış hesablar üzərindən aparılmalıdır.mHəmçinin, "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır. "Tibbi sığorta haqqında" Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən, Vergi Məcəlləsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.
Göründüyü kimi, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
İqtisadi fəaliyyət növlərinin 7 rəqəmli kodları üçün bura daxil ola bilərsiniz: 
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi" bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 35-ci, 99-cu, 101-ci və 149-cu maddələri, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlar

Kriptovalyuta     Tarix: 27 iyul 2026

Oxşar xəbərlər

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

"Bitcoin" bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq leobank kart rubl mezenne