Kriptovalyuta ənənəvi pulun yerini ala bilərmi? – FED rəsmisi açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED) bildirib ki, kriptotokenlərin ənənəvi valyutanı əvəz etmə ehtimalı çox aşağıdır. Banker.az xəbər verir ki, bu barədə FED-in Audit üzrə vitse-prezidenti Maykl Barr "Fintek Həftəsi"ndə çıxışında danışıb. O əlavə edib ki, banklar aktivlərlə təcrübə apararkən ehtiyatlı olmalıdırlar.
"Kriptovalyuta aktivlərinin çox dəyişkən olduğu sübut olunduğundan, onların pul əvəzedicisi və əməliyyatlar üçün əlverişli ödəniş vasitəsi olması ehtimalı azdır. Bu yeni texnologiyaları sınamaq istəyən banklar bunu ancaq kontrollu və məhdud bir şəkildə etməlidirlər" – deyə, FED rəsmisi çıxışında deyib.
Barr, bankların kriptovalyutaya cəlb edilməsi ilə bağlı yeni risklərdən narahat olduğunu da deyib. O, həmçinin stablecoin-lərin sonda maliyyə sabitliyi üçün risk yarada biləcəyinə inandığını açıqlayıb. FED rəsmisinin sözlərinə görə, yeni tətbiqlər daha geniş yayılmazdan öncə tənzimləyicilər müəyyən qaydalar qoymalıdırlar.
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"