Kriptovalyutalar sahəsindəki "Halving" nədir?
"Halving" (ingilis dilindən tərcümədə "yarıya bölmək" deməkdir) – kriptovalyuta vahidlərinin yaranma sürətinin azaldılması və nəticədə maynerlərə verilən mükafatın miqdarının düşməsi prosesidir.
"Halving" proseduru bir çox blokçeyn şəbəkələrində təmin edilir. Məsələn, "Bitcoin"in yaradıcısı Satoşi Nakamoto şəbəkə alqoritminə kriptovalyutanın emissiyasının sonuna qədər (2140-cı ilədək) dörd ildə bir dəfə yarıya endirilməni daxil edib.
"Halving" nəyə lazımdır?
"Halving"in əsas məqsədi yeni sikkələrin buraxılışını azaltmaqla kriptovalyuta inflyasiyasını cilovlamaqdır. "Bitcoin" kimi kriptovalyutaların alqoritmləri sonsuz miqdarda pul çap etməyə imkan vermir. Belə ki, kriptovalyuta tədarükü 21 000 000 sikkə ilə məhdudlaşır və"halving" mexanizmi sayəsində sikkələrin təklifi tədricən artır.
"Halving" kriptovalyutanın qiymətinə necə təsir edir?
"Halving" adətən kriptovalyutanın qiymətində artımı stimullaşdırır. "Halving"dən əvvəl və sonra kriptovalyutaya tələb təklifi üstələyir və məzənnə yüksəlməyə başlayır. Eyni zamanda, kriptovalyuta bazarının bir çox iştirakçısı yüksək investisiya gəliri gözləməsi ilə yarılanmadan əvvəl sikkələr alır. Bu, sürət artımını daha da stimullaşdırır. / banker.az
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14