Külək bir ailəni evsiz qoydu - VİDEO
10 gün öncə Oğuz rayonunda yağışla müşahidə olunan güclü külək rayonun Muxas kəndində yaşayan Gülnar Xasməmmədovanın evini qəzalı vəziyyətə salıb.
KONKRET.az xəbər verir ki, nəticədə evin dam örtüyü uçub, yağış suları evin içərisinə dolub. Hadisə səhər saatlarında baş verdiyindən ana və qızı yatmış vəziyyətdə olublar. Bu zaman Gülnar Xasməmmədovanın 17 yaşlı qızı da yüngül xəsarət alıb. Həmin gündən Xasməmmədovlar ailəsi həyətlərində olan üstü örtülü, yan tərəfləri açıq sahəyə sığınıblar. Xasməmmədovlar ailəsi hazırda çox ağır durumdadır.
Bir-neçə ilə öncə həyat yoldaşından ayrılan Gülnar xanım bir qızı ilə evin bütün yükünü öz çiyinlərinə götürüb. Heç bir yerdə işləməyən Gülnar xanım həyətində yetişdirdiyi tərəvəzi satmaqla ailəsini dolandırmağa çalışır. Bu günə kimi özünün və qızının dolanışığını təmin edib.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən varlı 10 müğənnisi
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?