Kulevi limanına Azərbaycandan ixrac azalıb, Mərkəzi Asiyadan tranzit iki dəfə artıb
Azərbaycanın Kulevi limanına ixrac etdiyi yüklərin həcmi son 1,5-2 il ərzində nisbətən azalıb.
Bu barədə Qara dəniz terminalının baş direktoru İlqar Əlizadə Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu"nda bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Onun sözlərinə görə, bu azalma Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlıdır:
"Əvvəllər ixraca yönləndirilən bəzi məhsullar, məsələn, aşağı keyfiyyətli dizel artıq "Avro-5" standartlarına uyğun dərin emaldan keçirilir. Zavod Gürcüstan bazarı üçün də "Avro-5" standartlı benzin və dizel istehsal edir. Bu məhsulların daxili bazarda istifadə olunması Kulevi limanına ixracın əvvəlki illərlə müqayisədə bir qədər azalmasına səbəb olub".
Bununla belə, İ.Əlizadə Kulevi limanında ümumi yük dövriyyəsinin artdığını və xüsusilə Mərkəzi Asiyadan gələn tranzit yüklərin əhəmiyyətli dərəcədə çoxaldığını vurğulayıb:
"Qazaxıstan və Türkmənistandan tranzit yüklərin həcmi təxminən iki dəfə artıb. Gözləyirik ki, yaxın gələcəkdə Özbəkistan da bu marşruta qoşulacaq və bu ölkədən də yüklərin ixracı başlayacaq. Həmçinin əminik ki, Azərbaycan da yaxın illərdə ixrac imkanlarını artıracaq. Biz isə bu artımı qarşılamaq üçün bütün texniki və logistika baxımından hazır olmalıyıq".
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?