"Labubu" fenomeni: Çinin ən gənc milyarderi Van Ninin uğur hekayəsi

38 yaşlı Van Nin Çinin ən gənc milyarderi olub. Bu, "Labubu" adlı qəribə tüklü oyuncaq sayəsində baş verib. Van Nin 1987-ci ildə Henan əyalətində anadan olub və uşaq ikən ticarətin sirlərini öyrənməyə başlayıb, belə ki, onun valideynləri də ticarətlə məşğul olub.
"Pop Mart"ın qurucusu və CEO-su Van Nin şirkətinin "Labubu" oyuncağı beynəlxalq sensasiya olduqdan sonra ölkənin ən zəngin 10 adamından birinə çevrilib. Belə ki, Ninin sərvəti 21 milyard dolları ötüb, "Pop Mart"ın satışları isə son bir ildə 188% artıb. Xüsusilə, "Labubu"nun "Monsters" kolleksiyasına tələb yüksəkdir — bu sektorun gəlirləri 726% yüksəlib.
Qeyd edək ki, "Labubu" personajının yaradıcısı Honq-Konqlu rəssam Kasinq Lunqdur. O, 2019-cu ildə "Pop Mart"a onların istehsalı üçün lisenziya verib. O vaxtdan bəri bu seriyadan olan oyuncaqlar əsl ov obyektinə çevrilib: məhsullar bir neçə saniyə ərzində satılır, təkrar bazarda isə qiymətlər bir neçə min dollara çatır.
Əvvəlcə "Labubu" yalnız Çində məşhur olub. Anti-Covid məhdudiyyətləri tədricən yüngülləşməyə başladıqca, oyuncaqların satışı artmağa davam edib. Personaj ətrafında qalmaqal 2024-cü ildə "Blackpink" qrupundan olan Tailand əsilli "K-pop" ulduzu Lisa öz instaqram profilində oyuncaq haqqında hekayə dərc etdikdən sonra başlayıb.
Böyüklər tərəfindən "uşaq" oyuncaqlarının alışını normallaşdırmaqdan əlavə, uğurun əsas səbəbi onların əlçatanlığıdır ("Pop Mart"da qiymət təxminən 20-30 dollardır), sürpriz elementi və qeyri-müəyyənlik hissi isə alıcılarda əlavə maraq oyadır.
Vyentnam: həm istehsal, həm də fanatlar bazası
"Pop Mart" oyuncaqlarının bir qismi, o cümlədən məşhur "Labubu" Vyetnamdakı fabriklərdə, ilk növbədə ölkənin cənub əyalətlərində, oyuncaqların və heykəlciklərin geniş miqyaslı istehsalının cəmləşdiyi fabriklərdə istehsal olunur. Hər yeni kolleksiyanın yaradılması prosesi ən azı səkkiz ay çəkir.
Ümumilikdə, Vyetnam "Pop Mart"ın tədarük zəncirində mühüm yer tutur. Lakin Vyetnam təkcə istehsal sahəsi deyil. Son iki ildə ölkə ən aktiv bazarlardan biridir. Vyetnam gəncləri arasında "Labubu" və digər "Pop Mart" personajlarının populyarlığı "K-pop" sənayesinə qarşı fanatizmlə müqayisə edilə bilər.
Şirkətin veb-saytı alıcı axını səbəbindən tez-tez sıradan çıxır və oyuncaqlar dərhal satılır. "Shopee" və "Lazada" kimi Vyetnam marketpeyslərində heykəlciklərə tələbat davamlı olaraq yüksək qalır, xüsusən nadir və kolleksiya seriyaları üçün. Van Nin deyir: "Bütün dünya sizi böyüməyə tələsdirərkən, "Pop Mart" sizdən bir az yavaşlamağınızı istəyir".
"Pop Mart"ın "TikTok" və "Facebook"dakı Vyetnam fan səhifələrində qutuların açılması, rəylər və məsləhətlər haqqında videolar paylaşılır. Oyuncaqların toplanması gənclər mədəniyyətinin bir hissəsinə və Z nəsli üçün özünü ifadə etməyin yeni üsuluna çevrilib.
Dünya "Nvidia" səhmlərini alarkən, gənc vyetnamlılar qəribə tüklü oyuncaqlar alır, kolleksiyalar toplayır və onların yaradıcılarını isə milyarderə çevirir. / banker.az

Maraqlı     Tarix: 11 iyul 2025

Oxşar xəbərlər

Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi?

Son onilliklərdə İT sənayesi "qalib gəlmiş Agile" paradiqması daxilində yaşayır. Onun effektivliyinə yönələn istənilən şübhə dərhal "köhnəlmiş şəlalə modelinə" bağlılıq kimi damğalanır. Lakin məsələy

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Britaniya Yunanıstanın iqtisadi bərpa təcrübəsindən nə öyrənə bilər

Yunanıstanın böhrandan sonrakı dirçəlişi göstərir ki, hökumət dövlət aktivlərini investisiyaların hərəkətverici qüvvəsinə çevirə və bunu istiqraz bazarlarını qorxutmadan edə bilər. Böyük Britaniya artıq on ildir dərin iqtisad

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

"Sürətli dofamin düşmən deyil": "həzz hormonu" haqqında beş mif

Sosial şəbəkə lentini skroll etməyin və vertikal kontentə baxmağın beyin üçün zərərli, səy tələb edən məşğuliyyətlərin — məsələn, kitab oxumağın və canlı ünsiyyətin isə faydalı olduğu düşünülür. Sosial şəbəkələrdə guya "ucuz"

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind


iqtisadi xeberler biznes xeberleri bank faizleri dollar kursu online pul qazanmaq