Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır

Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırQusar rayonunda "İsmikhanlı" MMC-nin bağçılıq və soyuducu anbar kompleksi fəaliyyət göstərir. 
Şirkət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.
Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.
Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.
Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.
Layihə dəyəri 18 milyon manat olan "İsmikhanlı" bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.
Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satırLayihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır/ marja.az

Maliyyə     Tarix: 30 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank